Gündəlik sutkanın üçdə bir hissəsini yatmaq ehtiyacı nə iləsə əsaslanmalıdır, düzdürmü?
Publika.az "Ens"ə istinadən bildirir ki, alimlər yuxunu on illər ərzində araşdırıb və artıq yuxuda olan bəzi prosesləri aydınlaşdırıblar.
Beləliklə, beyin yuxu zamanı nə iş görür?
1. Qərar qəbul edir
Current Biology jurnalında dərc olunan araşdırma ondan xəbər verir ki, beyin yuxu zamanı qərar vermək imkanın malikdir. Bu araşdırmanın iştirakçılarından sözləri düymə basmaqla iki kateqoriyaya ayırmağı xahiş etdilər, təcrübə müddətində onlara yuxulamağa imkan verildi. Lakin təcrübə yuxu zamanı davam etdirildi – iştirakçıların beyni orqanizm yuxuya gedəndən sonra qərar verməyə davam etdi.
2. Xatirələri nizama salır
Yuxuda beyin yeni xatirələri emal edir, köhnələrlə əlaqəsini yoxlayır və yaddaşı elə nizamlayır ki, insan vacib anları unutmasın. Kaliforniya Universitetindən olan həkim Metyu Uokerin sözlərinə görə əgər insan sağlam yuxudan sonra fortepiano ilə məşğul olursa və növbəti gecə daha 8 saat yatırsa, bu zaman 1 gün sonra 20-30% daha yaxşı nəticə göstərir.
3. Assosiasiya yaradır
Yuxu zamanı beyin ilk baxışdan bir-birilə əlaqəsi olmayan şeylər arasında assosiativ əlaqələr yaradır. Bu qeyri-adi ideyaların yaranması və ya ətraf mühitin daha dərindən dərk olunmasına gətirib çıxara bilər. Buna görə də beyində yaranan gözlənilməz orijinal ideyalar öz-özünə yaranmır.
4. Toksinlərdən xilas olur
Araşdırmalar göstərir ki, yuxuda beyin neyrodegenerativ hüceyrə və toksinlərdən təmizlənir. Məlum olduğu kimi onların qatılaşması Alsqeymer və Parkinson xəstəliklərinin yaranmasına səbəb ola bilər.
5. Fiziki əməyi öyrənir
Yuxunun sürətli fazası zamanı orqanizmin hərəkət haqqında olan informasiyası beynin qırışlarından hərəkətə cavabdeh olan müvəqqəti yerə ötürülür. Bu bizə “düşünməyə” və fiziki aktivliklə bağlı olan məsələləri effektiv həll etməyə imkan verir.