Dünyanın nəhəng internet-portallarından olan MSN (Microsoft Network) əcnəbilərin ən rahat şəkildə viza ala biləcəkləri 5 ölkənin siyahısını dərc edib. Azərbaycan reytinqdə birinci yeri tutub.
Mynews.az virtualaz-a istinadən xəbər verir ki, MSN ölkəmiz haqqında məlumatı "gülərüz polis əməkdaşı"nın fotoşəkli ilə müşayiət edib.

Bildirilir ki, bu yaxınlara qədər Azərbaycan viza almaq üçün ən çətin ölkələrin siyahısına daxil idi. "Ölkəni ziyarət etmək üçün viza alınması uzun və əzablı proses idi və uğura heç bir zəmanət yox idi. Lakin hakimiyyət (Azərbaycan hakimiyyəti - red.) elektron viza tətbiq etməklə təəccübləndirdi", - məqalənin müəllifləri yazır.
Onların sözlərinə görə, bütün proses "online" rejimdə baş verir və viza 2-4 ərzində təqdim olunur. Bu gün viza üçün rüsum təxminən 20 dollara başa gəlir.
Reytinqdə sonrakı yerləri Kamboca, Şri-Lanka, Tacikistan və Vyetnam tutub. Bu ölkələrdə də elektron viza sisteminin tətbiq edildiyi qeyd olunur.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub