Gənc rejissor Tofiq Teymuroğlu yeni sosial çarx çəkib.
Sosial çarxda Bakıya gələn turistlər haqda bəhs edilir.
Videoda turistlərə ölkəyə gəlmədən öncə ölkəmiz haqda məlumat əldə etmələri və ənənələrimizə hörmət etmələri tövsiyyə edilir.
Rejissor özü bu sosial çarx haqda deyib: “Ölkəmizə axın edən ərəb turistlərinin ölkəyə gəlişi, turizmin və iqtisadiyyatın güclənməsinə səbəb olmaqla yanaşı bəzən onlara xidmət göstərən xidmət sektorunun və əhalinin narazıçılığına səbəb olur. Bu məqsədlə “Kral qrup” da reklam çarxını sifariş edərkən hər bir qonağın ölkəmizə gəlməmişdən öncə xalqımıza sayqı və hörmət qoyması gərəkdiyini vurğulamağımızı istədi. Eyni zamanda xaricilərin Azərbaycandan örnək götürməli olduğu bir çox mədəni xüsusiyyətləri olmasını dünyaya çatdırmaq istədik. İnanıram ki, bu çarxı Bakıya gələn turistlər izləyəcək və bundan nəticə çıxaracaq”.
Qeyd edək ki, sosial çarx “Kral Group”un təşkilatçılığı ilə çəkilib.
1
Səkinə Sadıxova vəzifəsindən azad edildi
566 dəfə oxunub
2
9-cu sinif şagirdi vəfat etdi - FOTO
555 dəfə oxunub
3
“Qalatasaray”ın qapıçısını fitə basdılar, ağladı - VİDEO
530 dəfə oxunub
4
Pensiyaçılara ŞAD XƏBƏR – Bu tarixdə ödəniləcək
528 dəfə oxunub
5
Hüseyn Çeliki tənqid etdi: "Oxumağın bərbaddır, insan ol"
526 dəfə oxunub