Kitab oxumağın özünüzə etdiyiniz ən böyük yaxşılıq olmasının səbəbi

714
Kitab oxumağın özünüzə etdiyiniz ən böyük yaxşılıq olmasının səbəbi

Müşahidə etdikdə görürük ki, müasir insan hər şeydə sanki təbii bir güc axtarır və ondan faydalanmağın yollarını öyrənir. Biz artıq ətrafımızda olan hər şeyə faydalılıq prinsipindən yanaşmağa başlamışıq. Əslində isə sağlamlığımız üçün ən faydalı şeyin kitablar olduğundan xəbərimiz yoxdur.

2009-cu ildə Susseks Univesitetini mütəxəssislərinin layihəsi ola Mindlab müəyyən etmişdir ki, mütaliə etmək stressi aradan qaldıran və insanı rahatladan digər metodların hər birindən daha güclüdür. Təcrübə əsnasında iştirakçılar bir neçə test və çalışma edir, onların stress səviyyəsi və ürək döyüntüləri artırırılır. Daha sonra isə onlara öyrəşdiyimiz stress uzaqlaşdırma metodlarından istifadə etmək hüququ verilir – musiqi dinləmək, gəzintiyə çıxmaq, video-oyunlar oynamaq və ya mütaliə etmək kimi. Nəticələr göstərir ki, mütaliə edənlərin stress səviyyəsi cəmi 6 dəqiqə ərzində 68%-ə qədər aşağı düşür. Musiqi ilə bu nəticə 61%, gəzinti ilə 42%, video oyunlar ilə isə vəmi 21% qədər azalır.

Araşdırmaya rəhbərlik edən David Lewis nəticələri belə şərh edir:

Özünü kitabın içində itirmək inanılmaz dərəcədə rahatlıq hissi bəxş edir. Bu, xüsusilə də maddi şeylərin bu qədər əhəmiyyətli olduğu dünyada xilas axtardığımız məqamlarda köməyimizə çatır. Sizin hansı kitabı oxumağınızın heç bir fərqi yoxdur… – əgər həmin kitab sizi özünə cəzb etməyi bacarıbsa, deməli gün ərzində narahatlıq və stressdən uzaq qalmağın yolunu tapmısınız. Siz artıq müəllifin təxəyyülünün bir parçasına çevrilmisiniz..
Kitab oxuyarkən diqqət etməli məqamlardan biri də sizin necə oxuduğunuza nəzər yetirməyinizdir. Araşdırma müəyyən etmişdir ki, yatmamışdan əvvəl telefon və ya tabletdən kitab oxumaq yuxusuzluğun əlamətlərinin artmasına gətirib çıxara bilər. Buna görə də ənənəvi kitablar oxumaq ən yaşxısıdır. Bu mövzuda Norveçdə aparılan digər bir araşdırma isə göstərir ki, insanlar kağız kitablarda oxuduqlarını yaddaşlarında elektron kitablardan oxuduqlarına nisbətən daha yaxşı saxlayırlar.

pahoo.az

Xəbər lenti