Əmirəl-möminin (ə) buyurur: "Qeybət etmək - aciz insanların son səyidir".
Mynews.az deyerler.org-a istinadən bildirir ki, Kəbirə günahlar arasında qeybət - acizliyin, alçaqlığın və zəifliyin nişanəsidir. O insanlar ki, başqalarının arxasından onların eyblərini açar və onları məzəmmət edər və gizli eyblərini açaraq abırlarını aparar - bu insanlar ən alçaq insanlardırlar. Çünki kin və həsəd varlıqlarını elə bürümüşdür ki, bu vasitə ilə özlərini sakitləşdirər və çatışmamazlıqlarını aradan qaldırmağa çalışarlar.
Bu aciz və şəxsiyyətsiz insanlar hətta onlara edilən zalımcasına rəftarlara cavab verməyə belə qadir deyildirlər. Tək səyləri budur ki, insanların arxasından xəncər vursunlar. (Həvzəh)
Hədislərdə oxuyuruq ki, qeybət edən insan əgər tövbə edərsə, behiştə daxil olan son insan olacaqdır. Əgər tövbə etməzsə, cəhənnəmə daxil olan ilk insan olacaqdır.
Bu alçaq və rəzil sifəti tərk edək və ona görə tövbə edək.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub