Poliqlot Kato Lombdan xarici dil öyrənənlərə 10 məsləhət

811
Poliqlot Kato Lombdan xarici dil öyrənənlərə 10 məsləhət

Yazıçı və poliqlot Kato Lomb həm də dünyanın ilk sinxron tərcüməçilərindən biridir. Bu xanım özü sərbəst olaraq 16 dil öyrənməyi bacarıb.

Bir çoxumuz düşünürük ki, dili öyrənmək üçün professional müəllimdən dərs almalı, başqa ölkəyə köçməli və ya fitri istedada sahib olmalıyıq. Lakin Kato bu sadalananların heç biri ilə razı deyil. Məhz buna görə də o xarici dil öyrənmək üçün vacib olan bəzi məsləhətlər vermişdir. Onların 10-unu toplayıb sizə təqdim edirik.

1. Dil öyrənmək üçün hər gün vaxt ayır. Oxu, öyrəndiyini bir neçə dəfə təkrarla, yenisini öyrən, lakin bütün bunları mütləq hər gün et. Bunun üçün ən yaxşı vaxt isə səhər saatları hesab olunur.

2. Əgər bir öyrənmə üsuluna həvəsinin itdiyini hiss edirsənsə, məşğuliyyətini dəyişdir. Öyrənmək üçün həvəs vacibdir. Əgər sözləri öyrənməyə marağın yoxdursa, sadəcə olaraq xarici dildə filmlər izləməyə çalış.

3. Sözləri hər hansı bir məzmun daxilində yadda saxlamağa çalış, onaları ayrı-ayrı əzbərləmə.

4. Tez-tez istifadə olunan sözləri birinci öyrənməyə çalış. Məsələn, təşəkkür, salamlama və bu kimi çox istifadə olunan digər sözləri bura aid etmək olar.

5. Öyrəndiyin dildə eşitdiyin və gördüyün hər şeyi ağlında tərcümə etməyə çalış. Bu televiziya rekamı, dayanacaqda reklam lövhəsi, həmin dildə olan mahnılar və sair ola bilər. Əgər söz sənə məlum deyilsə, onu yaz və ya fotosunu çək, sonra evdə lüğət vasitəsilə mənasını öyrən.

6. Öyrənə-öyrənə tələffüz və yazının düzgünlüyünü daima yoxla.

7. Hazır ifadə və deyimləri birinci şəxsdə yadda saxla. Məsələn: «I am at the airport» («Mən hava limanındayam.»)

8. Mümkün bütün resurslardan istifadə et. Qəzetlər, internetdə məqalələr oxuyun, xarici dildə filmlər izlə, öyrəndiyin dil doğma dili olan insanlarla ünsiyyət qurmağa çalış.

9. Səhv etməkdən qorxma. Ətrafındakı insanlardan səhvlərini düzəltmələrini xahiş et.

10. İnadkar ol. Öz imkanlarından heç vaxt şübhə etmə və hər şey alınacaq!

Xəbər lenti