ABŞ-ın Florida ştatında təbiət parklarından birində maraqlı hadisə yaşanıb.
Mynews.az Oxu.az-a istinadən xəbər verir ki, təbiət parkında gəzən turistlər yaşıllıqdan çıxıb yolun digər tərəfinə keçmək istəyən 12 metrlik timsahla qarşılaşıblar.
Video “Facebook” sosial şəbəkəsində paylaşılandan sonra böyük marağa səbəb olub və 30000 istifadəçi tərəfindən paylaşılıb.
Videonun müəllifi Kim Coyner etiraf edir ki, videonu çəkən zaman nəhəng timsahın önündən keçməsi onu “bir az” qorxudub.
Videonun montajlanması barədə fikirlərə aydınlıq gətirən Coyner deyib ki, bu timsah onun həyatı boyu gördüyü ən böyük timsah olub və videoda heç bir montajdan söhbət gedə bilməz.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub