“Qiyamət günündəki Böyük Məhkəmədən sonra Cənnətə və Cəhənnəmə sakin olanlar biri-birlərini görəcəklərmi?”
Bismilləhir Rəhmanir Rəhim! İnşallah, Axirət dünyasında yaşayacağımız həyatla maraqlananların tez-tez verdikləri suallardan biri də budur. Yaradanımız Qurani-Kərimin əs-Saffat surəsinin 51-57-ci ayələrində hər iki məkanın sakinlərinin biri-birini necə görəcəklərindən və dialoqlarından bəhs edir:
“Onlardan biri belə deyəcək: “Mənim bir yoldaşım var idi.
O deyirdi: “Sən, doğrudan da, inanmırsan ki, Biz öldükdən, torpaq və sür-sümük olduqdan sonra (dirildilib) sorğu-sual olunacağıq (və əməllərimizə görə cəzalandırılacağıq)?” (Sonra həmin şəxs Cənnətdəki yoldaşlarına) deyəcək: “Siz (indi onun nə halda olduğunu) bilirsinizmi?” (Onlar: “Xeyr”, – deyə cavab verəcəklər).
O, özü baxıb onu (yoldaşını) Cəhənnəmin ortasında görəcək.
Və (ona üz tutub) deyəcəkdir: “Allaha and olsun ki, sən, az qala, məni (yoldan çıxardıb) məhv edəcəkdin!
Əgər Rəbbimin lütfü olmasaydı, mən də (Cəhənnəmə) gətirilənlərdən olardım!”...
Göründüyü kimi, Cənnət və Cəhənnəm sakinləri gerçəkdən biri-birilərini görəcək və hətta söhbət edəcəklər. Ancaq biri-birilərini görmək Cənnət sakinləri üçün böyük nemət olacaq. Çünki möminlərin qəlbləri onlara qurtuluş verdiyinə görə Uca Allaha şükür və minnətdarlıqla dolacaq. Cəhənnəm sakinləri üçünsə öz qarşılarında Cənnət həyatını bu dünyadakı video-görüntülər timsalında görmək- dözülməz əzab və əziyyət mənbəyi olacaq...
Allah böyükdür və hər şeyin ən doğrusunu O bilər...
1
SEPAH Bakıda bu obyektləri partlatmaq istəyibmiş - DTX-dən əməliyyat - VİDEO
1553 dəfə oxunub
2
Bu imtahanın vaxtı dəyişdirildi - RƏSMİ
1514 dəfə oxunub
3
Nəriman üçün icazə alındı - Bu tarixdə ABŞ-a gedir
1513 dəfə oxunub
4
Naxçıvan Ali Məhkəməsinin hakimi vəfat etdi
1500 dəfə oxunub
5
MEDİA-dan İranla bağlı saxta məlumat yayanlara - Xəbərdarlıq
1500 dəfə oxunub