Böyük Britaniyanın “Ten Fold Engineering” şirkəti 10 dəqiqəyə açılıb-yığıla bilən ev modeli hazırlayıblar.
AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, tam açılmış vəziyyətdə evin sahəsi 60 kvadrat metr təşkil edir. Evin tavanı və döşəməsi də var. “uBox” adlanan evlərin müxtəlif modelləri var. Evləri bir yerdən başqa yerə asanlıqla köçürmək olur.
“uBox”lar, təkcə ev kimi deyil, ofis, mağaza, restoran və ya sərgi mərkəzi kimi də istifadə oluna bilər.
“Ten Fold Engineering” şirkətinin qurucusu Deyvid Martin sürətlə inkişaf edən müasir dünyada sürətli ev inşasına da böyük ehtiyacın olduğunu deyib.
“Yeni dünyada bizə çeviklik lazımdır. Çünki, ətrafımızda baş verən hadisələr olduqca sürətlə dəyişir” – deyə Martin qeyd edib.
1
Səkinə Sadıxova vəzifəsindən azad edildi
566 dəfə oxunub
2
9-cu sinif şagirdi vəfat etdi - FOTO
555 dəfə oxunub
3
“Qalatasaray”ın qapıçısını fitə basdılar, ağladı - VİDEO
530 dəfə oxunub
4
Pensiyaçılara ŞAD XƏBƏR – Bu tarixdə ödəniləcək
528 dəfə oxunub
5
Hüseyn Çeliki tənqid etdi: "Oxumağın bərbaddır, insan ol"
526 dəfə oxunub