ABŞ-ın Oreqon ştatının Makminvil şəhərində retriver cinsli it qaldığı evin həyətində narkotik maddə tapıb.
Mynews.az Oxu.Az-a istinadən məlumat verir ki, paketdə tapılan heroinin dəyəri 85 min ABŞ dollarıdır.
İtin sahibləri sevimli heyvanlarının içində gələcək nəsillər üçün ismarıc daşıyan kapsul aşkarladığını hesab ediblər. Kapsulun açılmasını videoya çəkən ev sahibləri naməlum maddənin nə olduğunu müəyyən etmək üçün polisə zəng vurub. Hadisə yerinə gələn hüquq-mühafizə orqanlarının əməkdaşları tapıntının 85 min dollar dəyərində olan 425 qr heroin olduğunu müəyyən edib.
Yaxmil dairə şerifi Tim Svenson itə təşəkkürünü bildirərək ona hədiyyə lenti bağışlayıb. İt narkotik vasitələrin axtarışı ilə məşğul olan polis itləri bölüyünün fəxri üzvü təyin edilib.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub