Mübahisə zamanı tərəflər adətən səhv olduqlarını qəbul etməməkdə olduqca inadçı olurlar. Lakin görkəmli mütəfəkkir Blez Paskal bizə mübahisə zamanı opponenti öz fikrimizi qəbul etdirməyin çox effektiv bir yolunu öyrədir.
17-ci əsrdə yaşamış nbu düşücncə dahisinin insan psixologiyasından da başı çıxırdı. Son dövrlərdə onun haqqında danışacağımız bu metodu olduqca böyük populyarlıq qazanmağa başlayıb. Halbuki, Paskal bu sözləri yüz illər bundan öncə deyib. Gəlin Paskal metodunun nə olduğunu aydınlaşdıraq.Blez Paskal bunları deyir:
Biz hər hansı bir mübahisəli məsələni öz xeyrimizə həll etmək və opponentimizə səhv olduğunu sübut etmək istəyiriksə, onun bu məsələyə hansı bucaqdan yanaşdığını öyrənməliyik. Yəqin ki, opponentiniz məsələyə öz bucağından baxdıqda, haqlı olduğu düşüncəsi yaranır. Biz onun üçün bunun həqiqətən də belə olduğu qəbul etməliyik. Ancaq bunu etdikdən sonra biz ona başqa bir nəzər nöqtəsinin də olduğunu bildirə bilərik. Hansı ki, bu nəzər nöqtəsindən yanaşdıqda, onun fikri yalnış çıxır.
Bu sizin həmsöhbətinizi razı salacaqdır. O düşünəcək ki, dedikləri həqiqət olsa da, məsələni bütün tərəflərdən nəzərdən keçirməyib. Bunu qəbul etmək, səhvini qəbul etməkdən daha asan olacaq. Bir insan üçün hər şeyi birdən görə bilməmək də təbiidir, gördüklərini inanmaq da – axı hissiyyat orqanlarımız yalan demir.
İnsanları onlara sırınan fikirlərə deyil, özləri gəldikləri nəticələrə inandırmaq daha asandır.”
pahoo.az
1
Səkinə Sadıxova vəzifəsindən azad edildi
566 dəfə oxunub
2
9-cu sinif şagirdi vəfat etdi - FOTO
555 dəfə oxunub
3
“Qalatasaray”ın qapıçısını fitə basdılar, ağladı - VİDEO
530 dəfə oxunub
4
Pensiyaçılara ŞAD XƏBƏR – Bu tarixdə ödəniləcək
528 dəfə oxunub
5
Hüseyn Çeliki tənqid etdi: "Oxumağın bərbaddır, insan ol"
526 dəfə oxunub