Dünyanın ən yaraşıqlı və varlı kişilərinin xanımları SİYAHI və FOTOLAR

1168

Eşqin gözü kor olar deyiblər. Bu atalar misalını dünyanın ən yaraşıqlı kişilərinin həyat yoldaşlarına baxanda bir daha təsdiqləmək mümkündür.

Dünyanın ən yaraşıqlı və varlı kişilərinin xanımları SİYAHI və FOTOLAR

"Ölkə.Az" bu gün oxucularına dünyanın ən yaraşıqlı kişilərinin arvadları ilə fotolarını təqdim edir.

1. Aktyor Kris Not və həyat yoldaşı Tara Uilson

Kris Not "Böyük şəhərdə seks" serialının aktyorudur. Filmdə onun obrazı evlənmək istəmir. Elə həyatda da Krisin evliliyi çətinliklə başa gəlib. Tara toy üçün düz 10 il gözləyib. Toydan dörd il əvvəl cütlüyün oğlu dünyaya gəlib. Kris və Tara 2012-ci ildə Maui adasında evlənib. Toya sadəcə yaxınlar dəvət edilib.

Cütlüyün tanışlığı da qəribə olub. Tara Krisin kafesinə ofisiant işləmək üçün gəlibmiş.


2. Aktyor Hyu Cekman və həyat yoldaşı aktrisa Deborre-Li Ferness

Qırmızı xalçanın ən koloritli cütlüyüdür. Deborre-Li Fernes "planetin ən seksual kişi"sindən 13 yaş böyükdür. Cütlük 1991-ci ildə tanış olub. Bu illərdə Deborre aktrisa kimi tanınırdı. Amma Hyu heç kimə lazım deyildi. Aralarındakı yaş fəqi isə sevgilərinə mane olmur.

Deborre ərinin dünyanın ən seksual kişisi olduğunu bildirir. 2000-2004-cü illər arasında Hyu dəfələrlə dünyanın ən yaraşıqlı insanları siyahısına əlavə edilib.

Cekmanların övladı yoxdur. Onlar iki uşağı övladlığa götürüblər: Oskar Maksimilian və Ava Eliot. Hyu arvadını dünyanın ən yaxşı anası adlandırır.


3. Aktyor Hyu Lori və xanımı teatr adminstratoru Co Qrin

Məşhur doktor Haus 2008-ci ildə kino tarixinin ən seksual doktoru ünvanını qazanıb. O, dünyada ən dəyərli insanın həyat yoldaşı olduğunu bildirir. Aktyor Co ilə 1980-ci illərin sonunda tanış olub. Bir neçə il dostluqdan sonra görüşməyə başlayıblar.

Cütlük 1989-cu ilin iyun ayında ailə həyatı qurub. Üç övlad sahibidirlər.


4. "Facebook"-un qurucusu Mark Zukerberq və Pristsilla Çan

Mark Zukerberq tələbə yoldaşı ilə evlənib. Mark bu gün dünyanın ən gənc milyarderidir. O, Pristsilla ilə 2004-cü ildə universitetin dəhlizində tanış olub. Evlənənə qədər cütlük 9 il bir yerdə yaşayıb.

Mark şəbəkə üzərində işləyəndə onu dəstəkləyən azsaylı insanlardan biri də xanım Çan olub. 2010-cu ildə Pristsilla Markın Palo-Altodakı evinə köçür. 2011-ci ildə isə "Facebook" səhifəsində Markla görüşdüyünü yazıb.


5. Aktyor Arnold Şvartsnegger və xanımı Mariya Şrayver

Aktyor Arnold Şvartsnegger 26 ildən çoxdur ki, müxbir və prodüser Mariya Şrayverlə evlidir. Bir ara cütlüyün ayrılacağı barədə söz-söhbət gəzsə də, həm Arni, həm də Mariya bunu inkar edib.


6. Aktyor Klayv Ouen və xanımı aktrisa Sara-Ceyn Fenton

Dünyanın ən yaraşıqlı kişilərindən sayılan Klayv 15 ildən çoxdur ki, xanımına sadiqdir. Məktəb müəlliməsinə bənzəyən Sara-Ceyn elə də məşhur aktrisa deyil. Onların tanışlığı teatrda baş verib. Klayv Şekspirin əsərində Romeo, Sara isə Cülyetta obrazını oynayırmış.

1995-ci ilin 6 mart tarixində tərəflər sevgi əhd-peymanı bağlayıblar. Sara karyerasını yarıda qoyaraq özünü ailəsinə həsr edib. Cütlüyün iki qızı var.


7. "Google" şirkətinin sahibi Sergey Brin və həyat yoldaşı bio-mühəndis Anna Voyjitski

16.6 milyard dollardan çox sərvəti olan Sergey həyat yoldaşı ilə tələbəlik illərində tanış olub. "Google"un sahibləri- Sergey Brin və Larri Peyc Annanın böyük bacısının qarajını iş üçün kirayəyə götürmüşdülər.

2007-ci ildə baş tutan nikah mərasimində 60 qonaq iştirak edib. Cütlüyün toyu Baham adalarında baş tutub. Anna 1996-cı ildə Yels universitetini bitirib. 2008-ci ilin dekabr ayında Sergey və Annanın Benci adlı oğlu, 2011-ci ilin sonunda isə qız övladı dünyaya gəlib.

Anna genetika sahəsində tədqiqatlar aparan alimdir.


8. Aktyor Pirs Brosnan və həyat yoldaşı jurnalist Kili Şey Smit

Agent 007 zamanında Holli Berri və Deniz Riçards kimi gözəl qadınlarla görüşüb. Amma nikah masasına jurnalist Kili Şey Smitlə əyləşib. Pirs toya qədər 7 il Kili ilə görüşüb. Cütlük 2001-ci ildə ailə həyatı qurub. Toya qədər cütlüyün iki oğlu artıq dünyaya gəlmişdi.

Hazırda cütlük Sakit okean sahilindəki evində istirahət edir, Kilinin figurasına söz atanlara isə Pirs əhəmiyyət vermir.

Xəbər lenti