“Duz tökmə” hərəkəti ilə qısa vaxt ərzində internetdə fenomenə çevrilən türk aşpaz Nüsrət Gökçenin öz "Instagram" hesabında paylaşdığı görüntülər azərbaycanlıların qəzəbinə səbəb olub.
Videoda Nüsrət ermənilərin “Migena” mahnısının sədaları altında rəqs edib.
Videoya 34 mindən çox istifadəçi şərh yazıb. Əksəriyyəti azərbaycanlılar olan istifadəçilər Nüsrətdən bu görüntüləri silməsini istəyiblər. Lakin Nüsrət Gökçə onların rəylərini nəzərə almayıb.
Qeyd edilir ki, Nüsrət hətta Bodrumdakı restoranında da erməni mahnılarını oxudub. Orada istirahət edən azərbaycanlılar isə buna etiraz əlaməti olaraq məkanı tərk ediblər.
Azərbaycanlı sosial şəbəkə istifadəçiləri Nüsrətin ermənilərə olan bu “sevgisini” anlamadıqlarını bildiriblər. Həmyerlilərimiz Türkiyədə erməni mahnılarını dinləmək məcburiyyətində qaldıqlarına görə narazıdırlar.
Nüsrət Gökçə isə bildirib ki, "Instagram"da paylaşdığı videonu silməyəcək və Bodrumdakı restoranlarında hansı mahnını istəyir, onu da dinləyəcək.
Azərbaycanlılar sosial şəbəkələrdə kütləvi şəkildə Nüsrət Gökçəyə məxsus obyektlərdən uzaq durmağı təbliğ edirlər.
1
İki reys Bakı aeroportuna eniş etdi
1248 dəfə oxunub
2
Bu ölkədə təyyarə qəzaya uğradı - Ölənlər var
1246 dəfə oxunub
3
Martın ilk gününün havası açıqlandı
1245 dəfə oxunub
4
İranın ali lideri ilə yanaşı ailə üzvləri də həyatın itirib
1169 dəfə oxunub
5
İrandan Azərbaycan sərhədi ilə 53 vətəndaşımız, 60-a qədər əcnəbi təxliyə edilib
1152 dəfə oxunub