Siyasət uzun illərdir reklam strategiyaları ilə birlikdə işləyir. Seçkilər bitdikdən dərhal sonra partiyaların politik ünsiyyət siyasəti müzakirə edilir. Hətta indiki vaxtda, liderlərdən sonra, ən kritik ikinci mövqenin siyasəti xalqla aparan ünsiyyət və reklam mütəxəssislərinə aid olduğu qəbul edilir. Yaxşı, bəs yalnız bir reklam diktatoru devirməyə kifayət edərmi?
1970-ci ildə Çilidə keçirilən seçkilərlə, Salvador Allende dövlət başçısı seçildi. Allende dövründə ölkənin həm sağından, həm də solundan terror təhlükəsi artmış, parlament isə rejimi tanımadığını elan etmişdi. 11 sentyabr, 1973-cü ildə şəxsən Allende tərəfindən Silahlı Qüvvələr Mərkəzinə gətirilən General Augusto Pinochet Salvador Allende hökumətini devirdi. Bəzi iddialara görə, bundan sonra Allende intihar etmişdi, bəzi iddialarda isə onun dövlət çevrilişinə qarşı apardığı mübarizədə həlak olduğunu deyilir.
Allende’dən sonra vəzifəni anti-demokratik yollarla ələ keçirən Augusto Pinochet, dörd nəfərlik bir xunta komandası quraraq, siyasi partiya fəaliyyətlərinə son verdi, parlamenti isə tamamilə ləğv etdi. 1974-cü ildə özünü ölkənin prezidenti olaraq elan etdi. Müxalifətə sərt və qanlı müdaxilələr etməyə başladı. Çevrilişdən sonrakı üç ildə ölkədə 130 min adam həbs olundu. Həbsxanalarda yer qalmadıqda, məhbuslar futbol stadionlarında saxlanmağa başlandı. Təhlükəsizlik güclərinin sayı üç dəfə möhkəmləndirildi və səlahiyyətləri artırıldı. Hətta əsgərlərin insan hüquqları pozuntuları ilə günahlandırılmasına şəxsən maneə törətdi. Eduardo Galeano, “Qucaqlaşma Kitabı” adlı əsərində həmin dövrü belə təsvir edirdi: “Paytaxt Santiago küçələrində dilənçilər yoldan keçən insanlardan ‘Xahiş edirəm, kömək edin, mən vətəndaşam, mən tənha, yazıq vətəndaşam!’ deyərək kömək istəyirdilər.”
1984-cü ildəki hərbi vəziyyət və Pinochet’nin xunta rejiminin qanuniliyi bütün beynəlxalq ictimaiyyətdə müzakirə edilməyə başladı. Beynəlxalq təzyiqlərə dözə bilməyən Pinochet, tək başına hökm etdiyi 15 ildən sonra – 1988-ci ildə referendum keçirmək qərarına gəldi. Buna görə xalq, Pinochet’nin 8 il daha iqtidarda qalması üçün “Bəli” mənasını verən “Sİ” ya da “Xeyr” mənasında “NO” səsi verəcəkdi. Kampaniya dövrü 27 gün davam edəcək və hər iki qanad, dövlət televiziyasından hər gün on beş dəqiqə təbliğat etmə hüququna sahib olacaqdı.
Ölkənin 35%-i referendumla nəyinsə dəyişəcəyinə inanmır və ya ümumiyyəltə qorxurdu. Təbliğatın ən əhəmiyyətli hissəsi televiziya olduğu üçün, müxalifət siyasi kommunikasiya və reklam sahəsində professional adlar axtarmağa başladı. Bir çox peşəkar, heç pul və iş şərtlərini dinləmədən, yalnız Pinochet’ə rəqib olduğu üçün müxalifəti rədd etmişdi. Pinochet’in iqtidarı boyunca 2.279 nəfər siyasi səbəblərlə öldürülmüşdü. Minlərlə insan itkin düşmüşdü. 3 mindən çox insan sürgün edildi. Qısası, reklamçıların qapını müxaliflərin sifətinə bağlamaq üçün tonlarla haqlı səbəbləri vardı.
Təklifi gənc bir reklamçı olan Rene Saavedra bir ailə dostunun da təsiriylə qəbul etdi. Partiyaların təklif etdiyi qaralama Pinochet dövründə siyasi səbəblər ucbatından öldürülən, itən və sürgün edilən minlərlə insan haqqında idi. Mətbuata senzura tətbiq olunurdu, xalq xəbərlərin çoxundan bixəbər idi. Saavedra isə bu reklamı izlədikdən sonra insanlarda ümidsizliyin və qorxunun artacağını; nəticə olaraq xalqın səsverməyə getməyəcəyini düşünürdü.
Saavedra insanların nəyə maraq göstərdiyini; hansı sözün necə təsir yaradacağını siyasətçilərdən yaxşı bilirdi. Öz planının həyata keçirilməsini istədi və işlər başladı. Bir həftə sonra Saveedra göy qurşağı ilə örtülü bir “NO” loqosu hazırlamışdı. Reklamda rəngli paltarlar geyinmiş gülərüzlü onlarla insan mahnılar söyləyib, rəqs edirdi. Reklamın fonunda isə, sürətli alqışlarla pop mahnısı nəqarətini xatırladan“Xoşbəxt Günlər Çox Yaxındadır Çili!” sözləri yüksəlirdi.
İlk nümayiş bitdiyində təhqirlər və soyüşlərlə salonu tərk edənlər oldu. Reaksiyalar demək olar ki eyni idi: “Bu qəhqəhələr da nə deməkdir? Nəyi belə həvəslə qeyd edirlər? Bu qədər xoşbəxt insanı Danimarkadan gətirmisən? ”
Saveedra reaksiyalardan sonra reklamı izah etməyə başladı. İnsanlar televiziyada xoşbəxt anlar görmək istəyirdi; reklamı bu səbəblə hazırladığını söylədi. Göy qurşağı, bu seçkidə bir arada olan 17 partiyanı təmsil edirdi. Qırmızı sosialistlərin rəngiydi; mavi ölkənin ən əhəmiyyətli partiyalarından biri olan Xristian Demokratlara aid idi. Əylənən insanların hamısı Çili vətəndaşı idi. Reklamdakı dinclik, barış və qardaşlıq isə Pinochet, əsgərləri və qanlı rejimi ölkəni tərk etdiyində yaşanacaqdı.
Reklam bütün ölkəni təsiri altına aldı. Pinochet hökuməti, təbliğat saatlarını dəyişdirdi; artıq reklamlar gecə yayınlanacaqdı. Bu arada ikinci reklam filmi üçün işlər başladı. Bu dəfə sənətçilər, idmançılar reklamda yer almaq üçün can atırdı. Saveedra maraqlı bir mahnıyla, insanları hərəkətə keçirirdi: “Xeyr, dözə bilmirəm. Xeyr, bəyənmirəm. Xeyr, onu görmək belə istəmirəm! ”
Seçki axşamı, bülletenləri sayımı zamanı elektrik verilməsində kəsintilər yaşanmağa başladı. Yekun nəticələr heç cür açıqlanmırdı. Növbəti saatlarda Pinochet, bütün generalları təcili olaraq Prezident Sarayına çağırdı. Açıq görünürdü ki, bəzi şeylər düz getmirdi. Çili nəticələri gecəyarı Prezident Sarayı yolunda bir genarala uzadılan mikrofonla öyrəndi: “XEYR qalib gəldi!”
General haqlıydı: “NO” 54.81%’lə qalib gəlmişdi. Çili 1973-cü ildə zərbəylə ölkənin başına gələn və minlərlə insanın ölümündən məsul, on minlərlə insan haqqının tapdalanmasıya xatırlanan Augusto Pinochet’i seçkiylə devirməyi bacarmışdı. Düzgün reklam diktatorun sonunu gətirmişdi.
Mövzuyla əlaqədar 2012-ci ildə film də çəkilib.