Transseksual Amanda Lepor keçirdiyi plastik əməliyyatlara minlərlə dollar xərcləyib.
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, dolu dodaqlı, süzgün baxışlı, incəbelli transseksual sarışın öz zahiri görkəmi sayəsində “Dünyanın ən bahalı bədəni” adını qazanıb.
Dünyada ən məşhur transseksuallarından biri olan Amanda Lepor 49 yaşındadır. O, 11 yaşında televizorda mavilər haqqında proqramı izlədikdən sonra cinsiyyətini dəyişdirmyə qərar verib. O, 15 yaşında qeyri-leqal hormonal preparatlar qəbul etməyə başlayıb, 17 yaşında isə cinsiyətini əməliyyatla dəyişdirərək qadın olub.
Amma Lepor bununla kifayətlənməyib. İdeal qadın bədəninə sahib olmaq istəyən Amanda sinəsini və yanlarını, o cümlədən dodaqlarını böyüdüb, gözlərinin forması dəyişdirib, qabırğalarını çıxartdırıb və daha bir neçə əməliyyat keçirib.
1. Qaşların liftinqi 2 min dollara başa gəlib.
2. Gözlərin formasının dəyişdirilməsinə 9 min dollar xərcləyib.
3. Almacıq sümüklərinə vurdurduğu botoks 2,4 min dollar edib.
4. Rinoplastika pulsuz baa. gəlib. (Bu əməliyyatı Amandanın sevgilisi onun 15 yaşı olanda həyata keçirib)
5. Dodaqların böyüdülməsinə 5,5 min dollar (sonrakı kiçiltmə də daxil olmaqla) pul ödəyib.
6. Sinəsini böyütmək üçün 5 min dollar verib.
7. Qabırğalarını çıxartmaq üçün 1,5 min dollardan vaz keçib.
8. Cinsiyyət dəyişdirmə əməliyyatı 10 min dollar edib.
9. Hormonlara isə bir ayda 550 dollar xərcləyir.
Hər səhər Lepor qadın hormonları qəbul edir. Bundan başqa hər ay o, endogen estrogen istehsalını çoxaldan iynələr vurdurur.
Çoxsaylı manipulyasiyalar sayəsində Leporun bədəni qum saatı formasını alıb. Lepor uğurlu karyera sahibi, zəngin və xoşbəxt transseskauldır. Nyu-Yorkun transeksualları onu öz Merilin Monrosu adlandırır.
Amanda deyir ki, dünyada ən bahalı bədən onunkudur, lakin tam məbləğini açıqlamır. Hesablamalara görə, o, əməliyyatlara 250 mindən çox pul xərcləyib.