Hər ev öz sakinlərini neqativ hadisələrdən qoruyan xüsusi energetikaya malikdir. Eyni zamanda, evdə qara qüvvələr də gizlənə bilər. Əgər evdə heç nə qaydasında getmirsə və sizdə şübhələr yaranmağa başlayıbsa, ilk növbədə xoşagəlməz energetikanın hökm sürdüyünü göstərən əlamətlərə diqqət edin. Onların köməyi ilə siz arzuolunmayan "sakinlərdən" xilas ola və evin aurasını təmizləyə bilərsiniz.
Evinizdə qara qüvvələr olduğunu göstərən əlamətləri təqdim edir.
1. Evdə kənar əlamətlər, əşyalar, kölgələr hiss etməyə başlayırsınız. Siz gözünüzün ucu ilə anlaşılmaz qara ləkənin güzgüdə əksini görə bilərsiniz, reallıqda isə o, yoxdur. Əgər bir neçə dəfə qəribə hərəkət, işıq və digər təzahürlərin şahidi olmusunuzsa, deməli, evinizdə müəyyən enerji substansiyaları var.
2. Əvvəllər nə özünüzdə, nə də evdəkilərdə müşahidə etmədiyiniz tez-tez əhval-ruhiyyənin dəyişməsi də mənzildə yad energetikanın olduğunu göstərir. Bunlar adətən süstlük, səbəbsiz qorxu və təhlükə hissi şəklində özünü büruzə verir. Adıçəkilən əlamətlər evinizdə qara qüvvələr olduğuna hər zaman işarə etmir, lakin onların müşahidə olunması istənilən halda düşündürücüdür. Və onlar göstərir ki, evinizdə heç də hər şey qaydasında deyil. Ola bilsin ki, sizdə toplanmış böyük miqdarda mənfi energetika özünü belə göstərir.
3. Bir çoxları bildirib ki, görünməsi mümkün olmayan qəribə toxunuş hiss edirlər. Bəzən də elə olur ki, insan sanki kiminsə nəfəsini öz dərisində hiss edir. Bu ağlasığmaz hisslər də evinizdə qara qüvvələr olduğundan xəbər verir.
4. Fəal və enerji baxımından güclü qüvvələr əslində, əşyaları çəkmək iqtidarındadır. Əgər sizin evdə gecələr qapılar öz-özünə açılırsa, qabların cingiltisi və digər səslər eşidilirsə, deməli, sizin evdə gözəgörünməz qüvvələr hakimiyyəti ələ keçirib. Məsələn, bu qüvvələr sizdə lazımi qorxu yaratmaq üçün evdə əşyaların yerini dəyişə, hətta gizlədə bilər. Əgər əşyalar sizin gözünüzün qabağında hərəkət edirsə, deməli, polterqeystə nəsə demək və ya vermək lazımdır. Çətin ki, siz ondan yaxa qurtara biləsiniz, o, sizə öz fikir və duyğularını çatdıra bilməyəcək.
5. Temperatur dəyişiklikləri də evdə görünməz qüvvələrin olmasını göstərir. Əgər qəfildən üşütmə, kəskin soyuq və "vicvicə" hiss edirsinizsə, deməli evinizdə təhlükə var. Soyuq külək mövsümlə bağlı deyil. Siz istilik sisteminin yaxşı işlədiyi bağlı otaqda qəfildən soyuq hiss edə və ya soyutma cihazları ilə təchiz olunmuş buz kimi məkanda da tərləyə bilərsiniz. Düşmənin əhval-ruhiyyəsi temperaturun kəskin şəkildə qalxmasına çox kömək edir.
6. Axirət dünyasının qüvvələri özünü tez-tez səslərlə də göstərə bilər. Çox adam boş məkanda yad səslər, pıçıltı, gülüş və döşəmə cırıltısını eşitməyə başlayır. Əgər siz səsin mənbəyini atxarsanız, onda heç nə tapa bilməyəcəksiniz. Bu, sadəcə olaraq görünməz varlıqların özünüifadə vasitəsidir.
7. Qara qüvvələr özlərini daha çox gecə saatlarında göstərirlər. Yuxuda olanda siz üzərinizdə ağırlıq hiss edə, yaxud çətin nəfəs ala və hava çatışmazlığından əziyyət çəkə bilərsiniz. Əgər oksigen çatışmazlığı gündüz saatlarında da baş verirsə, çox güman ki, evinizdə narahat ruhlar gəzir. Bu halda siz onlardan yalnız dua və namazla xilas ola bilərsiniz.
8. Kənar qüvvələrlə üzləşən şəxs özünü inandırır ki, onu kimsə izləyir. Bəzi insanlar görmək və hiss etmək iqtidarındadır. Odur ki, sizi əhatə edən məkana baxmağa çalışın: ola bilsin ki, üzərinizdə ağır və xoşagəlməz baxışlar hiss edəcəksiniz.
9. Evdə kənar qüvvələrin olması özünü sizə aid olmayan hadisələr haqqında qəribə yuxular şəklində də göstərir. Bir çoxları bildirib ki, yuxularında onlarla danışmağa çalışan, nə isə göstərmək və qəribə əşyalar vermək istəyən adamlarla qarşılaşıb. Nadir ailə albomlarına baxdıqdan sonra onlar yuxularına girən həmin qəribə adamı tanıyıblar.
10. Qoxular da yad qüvvələrin əlamətləri ola bilər. Onlar istənilən növdür, amma çox vaxt pis və mənfi emosiyalar doğurur. Əgər qoxunun mənbəyi nə siz, nə də qonşular deyilsə, onda görünməz qüvvələr evinizə hücum çəkib. Zalım ruhlar adətən özü ilə evə daha çox nəmişlik və kif qoxusu "gətirir"./publika.az