EQ, yoxsa IQ?
Bir çoxları IQ (İntelligence Quotient) haqqında bilsə də, EQ haqda o qədər də məlumata sahib deyil. EQ sözünün mənası Emotional intelligence (EI) yaxud Emotional Quotient (EQ), yəni emosional zəkadır. Özünüzü digər insanlara daha prespektivli tanıtmaq üçün EQ səviyyənizi inkişaf etdirməyiniz vacibdir. Bu sizin həyatda və cəmmiyyətdə daha da irəli getməyinizə şərait yaradacaq.
McKinsey & Company şirkətində strategiya məsləhətçisi olaraq fəaliyyət göstərən Victor Cheng bu mövzuya xüsusi önəm verib. Onun sözlərinə görə yüksək IQ-yə sahib insanların öz karyeralarını məhv etməsinə səbəb olan əsas ünsür aşağı emosional zəkaya (EQ)-yə sahib olmasıdır. Bir çox şirkətlər işə qəbul zamanı IQ-sü yüksək olan birini axtarırlar, amma sonda karyerada irəli gedən şəxs bir çox hallarda EQ-sü yüksək olan şəxs olur. IQ hər zaman vacib bir standartdır, amma EQ sizdə liderlik qabiliyyətinin nə qədər yüksək olduğunu ortaya çıxaran meyardır. Başqa sözlə desək, IQ düşüncələri, fikri intelektual şəkildə idarə etmə hesab olunursa, EQ digər insanlarla münasibətləri tənzimləyən vacib məqamdır.
EQ-nü inkişaf etdirmək üçün nə etmək tələb olunur?
Bir insanla ünsiyyət zamanı iki səviyyədə əlaqə saxlanılır. İlk səviyyə məntiqdir. İkinci səviyyə isə emosional əlaqədir.
Buna misal olaraq filmi göstərmək olar. Hansı ki, filmdə aktyor ona verilən sözlərə uyğun jestlər də həyata keçirir. Bununla aktyor izləyici ilə əlaqəni təmin etməyə çalışır. Buna görə də aktyorun söylədiyi sözlər "text”, onun emosional ifadə tərzi isə "subtext” adlanır.
Belə olan halda, yüksək IQ və EQ-yə sahib insanlar həm text, həm də subtext-i qarşı tərəfə çatdıra bilirlər.