Yaponiyanın cənub-qərbindəki Kyuşu və Koreya yarımadasında yerləşən Okinano-şima adasına dini səbələrə görə yalnız kişilər gedə bilir.
Milli.az bildirir ki, qadınların gedə bilmədiyi ada UNESCO-nun "Dünya Mədəniyyət İrsi" siyahısına daxil edilib.
700 kvadrat metrəyə yaxın ərazisi olan ada Polşanın Krakov şəhərində təşkil edilən illik zirvədə "Dünya Mirası" statusunu alıb.
Adanın siyahıya alınmasından sonra Yaponiya mədəniyyət və təbiət ərazilərinin siyahıdakı sayı 21-ə çatıb. Adanın "Dünya Mədəniyyət İrsi" siyahısına girməsinə baxmaraq qadınlar həmin adaya gedə bilməyəcəklər.
Xanımların girə bilmədiyi adaya 1904-1905 illərində Rus-Yapon müharibəsində həlak olmuş dənizçiləri anmaq üçün hər il mayın 27-də 200 kişinin girməsinə icazə verilir.
Adaya girə bilən kişilər soyunub təmizlənmə ritualına qatılmağa məcburdurlar. Ziyarətçilərin adadan nəsə aparması və yaxud orada olanlar barədə danışması qadağandır.


1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub