Belçikanın Flaman bölgəsinin Nəqliyyat və tikinti nazirinin velosipedi oğurlanıb.
Mynews.az Xəzər TV-yə istinadən məlumat verir ki, hadisə nazirin yeni velosiped yollarının salınması ilə bağlı keçirdiyi mətbuat konfransı zamanı olub.
Avropada nəqliyyat problemlərinin ən çox yaşandığı ölkələrdən olan Belçikada hökumətlər alternativ nəqliyyat vasitələrinin istifadə edilməsinə çalışır.
Ötən il metroda baş verən terror hadisəsinə görə ölkədə velosiped sürənlərin sayı 30 faiz artıb. Hətta federal hökumət işə velosipedlə gedib-gələnlərə əlavə pul ödənilməsinə qərar verib.
Flaman bölgəsində isə hökumət yeni velosiped yollarının salınmasına çalışır. Hökumətin planına görə, 2019-cu ilədək bu işlərə 300 milyon dollar xərclənəcək. Flaman Nəqliyyat və tikinti naziri Ben Weyts də bu planı açıqlamaq üçün keçirəcəyi mətbuat konfransına 2 kilometr uzaqlıqdakı evindən velosipedlə və velosipedçi geyimində gəlib.
Velosipedini Brüsselin cənubunda yerləşən Halle dəmiryolu stansiyasındakı bir veloparka kilidləyən nazir təxminən yarım saat çəkən görüşdən sonra velosipedi ilə şəkil çəkdirmək istəyəndə məyus olub. Nazirin velosipedi yerində olmayıb. O, əvvəlcə bunun bir zarafat olduğunu düşünüb. Lakin sonradan məlum olub ki, nazirin velosipedi oğurlanıb.
Nazir “xeyli bahalıdır” dediyi velosipedi parka kilidlədiyindən əmindir. Buna baxmayaraq oğurlanmasına xeyli təəssüf edib. Oğurluq hadisəsini “Twitter” hesabından da təsdiq edən nazir polisə müraciət edərək şikayətçi olub. Polis stansiyanın təhlükəsizlik kameralarına düşən kadrlar əsasında oğrunun axtarışına başlayıb.
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub