Çinin Şandonq bölgəsində bir heyvan parkında dünyaya gələn körpə fil anası tərəfindən qəbul olunmadıqda böyük faciə baş verib.
Belə ki, ana fil doğuşdan dərhal sonra körpəsini tapdalayıb. Nəzarətçilər ilk başda ananın səhvən belə etdiyini düşünüb. Buna görə də fil balası bir az anasından uzaqlaşdırılıb. Sonra yenidən ana filin yanına aparılıb. Ancaq ana yenə balasını əzməyə başlayıb və bundan sonra ana filin körpəsini istəmədiyi məlum olub. Bala fil məcburən anasından uzaqlaşdırılıb.
Anası tərəfindən rədd edilən və təpiklənən bala fil bu hadisədən sonra dayanmadan düz 5 saat ağlayıb. Ağlamaqdan gözləri qızaran balaca filə zoopark işçiləri yardım etməyə çalışsa da bacarmayıblar.
Anası üçün arzuolunmaz olan bala fil sonra başqa bir zooparka transfer edilib. (Moderator.az)
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub