Yapon mafiyası dünyanın ən çox inkişaf edən mafiyalarından biridir. Yakudzanın ümumi sayı 80-110 min nəfər arasındadır. Ən iri klanı Yamaquti-qumi planetin ən zəngin cinayətkar qruplaşması sayılır. 2015-ci ildə onun gəliri 80 milyard dollara çatıb.
Oxu.Az-ın məlumatına görə, yapon mafiyasının kökləri orta əsrlərə gedir. Hesab olunur ki, indiki yakudzaların və ya borekudanların (onlar özləri bu adı xoşlamırlar) əcdadları kiçik küçə alverçiləri (tekiya) və mərc oyunları həvəskarı (bakuto) olublar. “Yakudza” sözü “oyte kabu” kart oyununda ən pis kombinasiyanın adıdır.
Yakudzalar öz tatu ənənələri ilə tanınırlar. Bəzi mafiya üzvlərinin bütün bədənləri tatu ilə örtülüb. Borekudan tatularının gizli mənası var. Məsələn, birinci tatu valideynlərin ailəsindən yakudza ailəsinə keçid mənasını daşıyır. Tatuları nümayiş etdirmək olmaz. Digər insanların bu tatuları görə biləcək yeganə istisna, Sandzya-maçuri bayramıdır.
Yakudzaların daha bir ənənəsi cəzalarla bağlıdır. Klan qarşısında səhvə yol verən mafiya üzvünün barmaqlarının falanqları kəsilir - hər bir səhvə görə bir falanq. Əsas şərt isə bunu günahkarın özü etməsidir. Keçmişdə bunun mənası belə idi: yakudzanın nə qədər az barmağı qalsa, onun qılınc tutması daha çətinləşir və klandan asılılığı artır. Lakin indi bu yalnız simvolik xarakter daşıyır.
Yakudza ailəsini birləşdirən bağlar ailə bağlarına bərabərdir. Qruplaşmanın liderinin avtoriteti müzakirə olunmur, sıravi üzvlər isə bir-birlərini qardaş hesab edirlər. İyerarxiyada əsas sima “boss”dur (oyabun). Onun sağ əli sayko-komondur (baş məsləhətçi). Oyabuna həmçinin sanro-kay (daha az nüfuzlu məsləhətçi qrupu), so-hombute (qərargah rəhbəri), vakaqasira və syteyqasira (liderin birbaşa əmrlərinə yerinə yetirənlərə nəzarət edirlər: Ke-day və syatey böyük və kiçik qardaşlara) tabedirlər. Sayko-komon inzibati işlərə cavabdehdir - onun tabeçiliyində maliyyə işçiləri və hüquq məsləhətçiləri olur.
Sıravi üzvlər nəzarət etdikləri ərazilər nadir hallarda tərk edilər - yalnız çox sərfəli sifariş olanda və digər mafiya ilə müharibə edəndə.
Ümumilikdə Yaponiyada 20-dən çox yakudza klanı var. Ən iri klanlar Yamaquti-qumi, Sumiesi-kay və İnaqava-kay sayılır. Bu klanların üzvləri yakudzanın 70 faizini təşkil edir. 2015-ci ildə Yamaquti-qumi klanını gözlənilmədən üç min nəfər tərk edib.
Yakudzanın fəaliyyət dairəsi genişdir: fahişəlik, mərc oyunları, narkotik alveri, silah alveri, qaçaqmalçılıq. Mafiyanın porno sənayesində də mövqeyi var. Bununla belə borekudan gəlirlərinin bir hissəsini qanuniləşdirmək istəyir. Mafiya öz pullarını tikinti, əyləncə, auditor xidmətlərinə sərmayə edir.
2013-cü ildə Yakudzanın bir neçə nüfuzlu üzvü Fukisima AES-in bərpasına mane olduqları üçün həbs ediliblər.
2020-ci ildə Tokioda keçirələcək Olimpiya Oyunları sayəsində Yakudza gəlirlərini artırmaq niyyətindədir.
Yaponiya hökuməti mafiya ilə mübarizə aparmağa çalışır, lakin tam qələbə barədə danışmaq hələ çox tezdir. Klanların nüfuzu çox genişdir, və bəzən KİV-də məmurların borekudanla əlaqələri barədə məlumatlar dərc olunur.
Klanlar daha gizli qruplaşmalar sayılmır - onların ünvanlarını Yaponiya Milli Polis Agentliyinin saytında tapmaq olar.