Pişik qədər diqqətli və həssas olan ikinci ev heyvanı tapmaq çətindir. Həddindən artıq sərbəst olduğuna görə özünə qarşı xüsusi qulluq tələb etmir.
Azertag.az bildirir ki, ev heyvanlarının, xüsusilə pişiklərin özünəməxsus bioenergetikası var. Pişik nə qədər böyük olsa, onun enerji potensialı da o qədər çox olur və sahibinə daha çox kömək edir. Hissiyyatı çox güclü olur, onu əhatə edən canlıların energetik sahələrini və insanların vəziyyətini xırdalığına qədər hiss edir. Ev pişiklərinin əksəriyyəti ailə üzvlərinə kömək etməyə cəhd göstərir, sahibinin ürəyi və ya qarın nahiyəsi ağrıyanda həmin nahiyəyə uzanıb ağrını özünə çəkir. Ehtimal ki, belə vaxtlarda pişik hansısa instinktə uyğun hərəkət edir. Adətən bu, onun özü üçün heç bir təhlükə törətmir.
Ev pişiyi sahibini sakitləşdirir, arterial təzyiqin aşağı düşməsinə səbəb olur. Onun bioenergetikası baş və oynaq ağrılarını azaldır, zədələrin tez sağalmasına kömək edir, daxili orqanların iltihabı xəstəliklərini sağaldır. Müalicəvi təsir pişiyi əllə sığallayarkən da baş verir.
Yeri gəlmişkən, xatırlatmağa dəyər ki, ABŞ-da qəribə hadisə baş verib. Ağır onkoloji xəstənin pişiyi həmişə sahibinin şiş olan yerində oturarmış. Qəribədir ki, pişik özü onkoloji xəstəliyə tutularaq ölüb, sahibi isə sağ qalıb…
1
Səkinə Sadıxova vəzifəsindən azad edildi
566 dəfə oxunub
2
9-cu sinif şagirdi vəfat etdi - FOTO
555 dəfə oxunub
3
“Qalatasaray”ın qapıçısını fitə basdılar, ağladı - VİDEO
530 dəfə oxunub
4
Pensiyaçılara ŞAD XƏBƏR – Bu tarixdə ödəniləcək
528 dəfə oxunub
5
Hüseyn Çeliki tənqid etdi: "Oxumağın bərbaddır, insan ol"
526 dəfə oxunub