ABŞ-ın Vermont Universitetində həyata keçirilən bir araşdırmada qəribə nəticələr əldə edilib.
Mynews.az musavat.com-a istinadən bildirir ki, araşdırmaya görə, göz rəngi mavi olan insanlar daha çox spirtli içki qəbul edirlər. Mavi gözlülər potensial alkoqolik olaraq təqdim olunur. Nəticələrə genetik araşdırmalar səbəb olub. "Focus Online"da yer alan xəbərdə qeyd edilir ki, mavi gözlülərlə paralel olaraq, gözü rəngli olanlar üçün də bu nəticə keçərlidir. Belə ki, insanlara göz rəngini verən genlər onların alkoqola meylliliyinə də təsir göstərir. Amma alimlər onu da bildirib ki, araşdırmanın test nəticələri bu cür çıxsa da, bu sahədə daha ciddi araşdırmalar aparılmalıdır. Göz rəngi ilə xarakter arasında bir əlaqə olub-olmaması da araşdırmaların mövzularından biridir.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub