Uğurlu insan olmaq istəyənlər üçün 5 VACİB PSİXOLOJİ ŞƏRT - FOTO

735
Uğurlu insan olmaq istəyənlər üçün 5 VACİB PSİXOLOJİ ŞƏRT - FOTO

Amerikanın Standford Universitetində araşdırmaçı kimi fəaliyyət göstərən Emma Seppala uğur qazanmaq mövzusunda adı çəkilənlərin başında gəlir. O, məqalələrinin birində “Yüksək uğurların qazanıldığı çevrələrdə apardığım nəticələr məni belə bir qənaətə gətirdi ki, bir çox insan canı bahasına da olsa, uğur qazanmağın arxasınca düşür. Bu məqsəd uğrunda xoşbəxt olmağı təxirə salan insanlar ancaq uğura çatdıqlarında xoşbəxt ola bilirlər. Bu zamana qədərsə həm özlərini, həm də ətraflarındakı insanları incidirlər” yazıb.

Tarix boyu uğurları ilə digər insanlara ilham qaynağı olan insanların daim stress və sıxıntı içində olduğu heç kimə sirr deyil. Elm dünyası bunun tamamilə gərəksiz və yanlış baxış bucağı olduğunu deyir. E.Seppala isə xoşbəxtliyin hədəf qoyulduğu zaman insanın daha yaradıcı, məhsuldar, enerjili, xarizmatik və təsiredici qüvvəyə çevrildiyini deyir.

Siz də sıxıntı və stressdən uzaq durub, eyni zamanda uğurlu insan olmaq istəyirsinizsə, Publika.az-ın təqdim etdiyi 5 şərtə əməl etməyiniz tövsiyə olunur.

Özünüzə həssaslığı inkişaf etdirin

Emma Seppalaya görə, insanın özünə bir dostuna göstərdiyi kimi münasibət bəsləməsi, şüurlu və kübar davranması insana məhsuldarlıq, çeviklik və yaxşılıq qazandırır. Böyük uğurlar və yaxşılıqlar əldə etmə istəyirsinizsə, zehninizi də bu vəziyyətə hazırlamağınız lazımdır.

Öz-özünüzə söylədiyiniz cümlələrə diqqət edin

Bir işi pis formada gördüyünüzdə “nə qədər axmağam!” demək yerinə, özünüzə daha kübar davranın. Özünüzü təsəlli etməyə cəhd göstərin və yenidən başlayın.

Özünüzə məktub yazın

Duyğularınızın üzə çıxdığı və sizə narahatlıq verdiyi durumlarda bir dostunuza yazırmış kimi özünüzə məktub ünvanlayın. Bu ilk başda qəribə gələ bilər, ancaq məsələlərə kənardan baxmağa çox yardımçı olacaq.

Özünüzə məxsus cümlə tapın

Unutmayın ki, çəkdiyimiz əzablar və çətinliklər həyatın bir parçasıdır. Bu zamanlarda özünüzə qarşı incə davrana biləcəyiniz və ehtiyacınız olan həssaslığı təmin edən bir cümlə deməyə çalışın: “Mən bunun öhdəsindən gələcəm. Zamanla hər şey həll olacaq” kimi.

Gündəlik şükranlıq siyahısı tərtib edin

Araşdırmalar şükür etməyin insanda fiziki dəyişikliklər yaratdığını və həyatın yaxşı yönlərini görməyi asanlaşdırdığını ortaya çıxarıb. Bu səbəbdən hər gün şükür etməyiniz lazım olan sahib olduğunuz ən az 5 şeyin siyahısını tutun.

Xəbər lenti