Aya baxıb salavat çəkmək doğrudurmu?

1017
Aya baxıb salavat çəkmək doğrudurmu?

Peyğəmbər "hilal"-ı (təzə ayın əlamətini) gördükdə bu duanı oxumağı tövsiyə etmişdir: "Allahu əkbər, Allahummə əhilləhu aleynə bil əmni va iməni va-s-sələməti va-l-isləmi va tovfiqi limə tuhibbu rabbənə va tərda rabbunə va rabbukə-llah". (Allah hər şeydən üstündür və böyükdür. Allahım sevdiyin və razı qaldığın şeylər xatirinə onun başımız üzərində olması ilə bizə təhlükəsizlik, iman, salamatlıq, islam və müvəffəqiyyət ver. Bizim də Rəbbimiz Allahdır, sənin də)". (ət-Tirmizi, 5/504). Day.Az zikr.az-a istinadən bildirir ki, Aya baxıb salavat çəkmək isə İslamda olmayan əməllərdəndir. Bu, dində bidət (islamda sonradan meydana gəlmiş yenilik) sayılır. Peyğəmbərin (Ona və ailəsinə Allahın salamı və salavatı olsun) zamanında belə bir şey olmamış, o nə özü bunu etmiş, nə də başqalarına bunu əmr etmişdir. Peyğəmbər (salləllahu aleyhi və səlləm) buyurmuşdur: "Hər bir bidət (dində yenilik) zəlalətdir, hər bir zəlalət isə cəhənnəm odundadır". Başqa bir hədisdə Peyğəmbər (salləllahu aleyhi və səlləm) belə demişdir: "Kim bizim bu işimizə ondan olmayan bir şeyi əlavə edərsə, etdiyi rədd olunar". (əl-Buxari; Muslim). O ki, qaldı ayın burnu, ağzı və ya gözü olmasına, bu, haqda heç bir səhih məlumat yoxdur. Həmçinin, ayı müqəddəsləşdirmək olmaz. Ay, günəş, ulduzlar və planetlər Allahın yaratdığı məxluqlardır. Uca Allah buyurur: "Gecə və gündüz, günəş və ay Onun dəlillərindəndir. Əgər siz Ona ibadət edirsinizsə, onda günəşə və aya səcdə etməyin, onları yaradan Allaha səcdə edin". (Fussilət, 37)

Xəbər lenti