Azərbaycan Tibb Universitetinin İnsan anatomiyası kafedrasının nəzdində yaradılan muzeydə 5 mindən çox eksponat saxlanılır.
Mynews.az ARB TV-yə istinadən xəbər verir ki, bu eksponatların içərisində insan skletləri, daxili orqanlar və tələbələrin üzərində təcrübə keçdiyi meyitlər də var.
Vaqif Şadlinski (ATU-nin kafedra müdiri) : "Meyit daxil olanda əvvəl onu yuyuruq. Damarlarını formalin məhlulu ilə doldururuq. 2 gün qaldıqdan sonra həmin məhlul toxumalarına yayılır və bərkiyir. Artıq çürümə iyisi olmur.
Müxtəlif səbəblərdən ölü doğulan və ya sonradan dünyasını dəyişən qəribə görünüşlü körpələri xüsusi şüşə qablarda saxlayırlar. Muzeydə çəkisi 800-1000 qram olan yandırılmış insan külü də var.
Meyitlərin üzərində iş bitdikdən sonra 1920-ci ildə hazırlanan sobada yandırılır. Kafedra müdiri meyit çatışmazlığından da şikayətlənir. Əvvəllər il ərzində 20-30 meyit alındığı halda, keçən il yeni meyit olmayıb. Bu il isə cəmi 3 meyit alınıb. Meyitlərin korlanmaması üçün birbaşa tələbə yox, müəllimlər tərəfindən hazırlanır.
1
Sumqayıt qatarının qarşısına qəflətən çıxan gənc öldü
480 dəfə oxunub
2
20 ballıq cərimə limiti artırılır? - VİDEO
472 dəfə oxunub
3
Uşaqlar: "Sizdən Allaha şikayət edəcəyik" - FAKT
434 dəfə oxunub
4
Ali təhsilsiz gəncləri nə gözləyir? - ARAŞDIRMA
428 dəfə oxunub
5
Uşaq və süd: İkisini də qoruyaq?... - ARAŞDIRMA
427 dəfə oxunub