Türkiyəli müğənni Mustafa Ceceli Bakıya gəlib.
Mynews.az-ın məlumatına görə, sənətçi ötən gün “Boulevard Hotel”də baş tutan nişan mərasiminə qatılıb. Gecədə Murad Arif, Miri Yusif, Ayaz Qasımov da yer alıblar.
Cecelinin toydan görüntüləri sosial şəbəkədə paylaşılıb. O, paytaxtımıza qardaşı Sinan Cecelini də gətirib.
“Qafqazinfo”nun məlumatına görə, türkiyəli ulduzun iştirak etdiyi məclisin səbəbkarları Fərrux və Güləndam cütlüyüdür.
Bəy Fərhad adlı azərbaycanlı biznesmenin oğludur. Bundan başqa, cütülüyün nişan və toydakı görüntüləri Cecelinin yeni klipində yer alacaq. Ailə bu layihəni həyata keçirmək üçün müğənniyə qonorar ödəyəcək. Mahnını isə azərbaycanlı bəstəkar Kəmalə Qasımova ərsəyə gətirəcək
Qeyd edək ki, müğənni ötən ay da Azərbaycana gəlib. O, Şəmkirin Şiştəpə kəndində keçirilən dəbdəbəli toy mərasimində çıxış edib və bunun müqabilində 62 min manat qonorar alıb.
Ceceli eyni zamanda Məlahət Abbasovanın "Məlahətli söhbətlər" proqramına da çəkiləcək.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub