Siyəzən sakini yaxınına qeyri-adi baş daşı düzəltdirdi - VİDEO

Qəbirlərin üzərinin düzəldilməsi zamanı dəbdəbəyə və israfa yol verilməsi ilə bağlı dəfələrlə xəbərlər təqdim etmişik. Ancaq bu dəfə bir Siyəzən sakininin öz yaxınına başdaşı qoydurarkən atdığı nümunəvi addıma diqqət çəkəcəyik. Bu rayonda bir nəfər vəfat edən yaxınının başdaşında şəkil qoydurmayıb və yalnız ölənin kimliyi ilə bağlı məlumatları qeyd etdirib. Qəbirüstü abidəni də olduqca sadə düzəltdirib. İlahiyyatçılar belə başdaşının islami qaydalara daha uyğun olduğunu deyirlər.
Mynews.az-ın Xəzər TV-yə istinadən verdiyi məlumata görə, başdaşının üzərində şəkil yoxdur və yalnız vəfat edən adamla bağlı məlumatlar yazılıb. Bir də ziyarətçilərdən "Fatihə" surəsinin oxunması istənir.
İnsanların bir çoxu qəbir daşlarının hazırlanmasında həddən artıq dəbdəbəyə və israfa yol verilməsinə qarşıdırlar.
İlahiyyatçı Ağa Hacıbəyli deyir ki, başdaşında yalnız vəfat edən adamın məlumatlarının qeyd olunması islami qaydalara daha çox uyğundur.
Onun sözlərinə görə, insanlar məzarı dəbdəbəli etməkdənsə, həmin vəsaiti ehtiyacı olanlara versələr, daha faydalı iş görmüş olarlar.
Şəkilli başdaşlarının qoyulmasının geniş yayıldığı bir vaxtda Siyəzən sakininin bu addımını, əslində, cəsarətli təşəbbüs də adlandırmaq olar. Bu təşəbbüs geniş kütlələr tərəfindən də mənimsənilsə, qəbiristanlarda israfın azalmasına nail olmaq mümkün olar.
Maraqlı
- İbrahim Tatlısəs toyunda qızına görün nə hədiyyə etdi
- Bu tərəvəzdə koronavirusa qarşı maddə tapıldı - Virusun yayılmasının qarşısını alır
- Hansı qan qrupundan olanla evlənsəniz oğlunuz və ya qızınız olar? - MÜTƏXƏSSİS RƏYİ
- Autizmin əsas əlamətləri hansılardır? - AÇIQLAMA
- Cənubi Azərbaycanlıların Vətən sevgisi - VİDEO
- Həkim məsləhəti - Karantin zamanı tez-tez cinsi əlaqədə olun
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Bakıda aylıq 141 manat ödəməklə mənzil almaq istəyənlərin NƏZƏRİNƏ 968 dəfə oxunub
- Azərbaycanda bu şəxslərə güzəştlər ediləcək - Götürülən kreditlərə... 958 dəfə oxunub
- 2 hərbçi faciəvi şəkildə öldü 927 dəfə oxunub
- Bu ölkədə qızılca epidemiyası elan edildi 200 dəfə oxunub
- Tanınmış aparıcı 3 il sonra efirə qayıtdı - Bu kanalda çalışacaq (FOTO) 192 dəfə oxunub