Rusiya Elmlər Akademiyası Fizika Universitetindən verilən məlumata görə, dünən Günəşdə böyük partlayış meydana gəlib. Bu, yaxın zamanda Günəşdə rast gəlinən 4-cü ən böyük partlayış olub.
Mynews.az publika.az-a istinadən xəbər verir ki, təbii hadisə radiasiya qüvvəsi ilə əlaqədar olaraq sinifləndirilmədə ən yüksək şkala olan X səviyyəsində olub.
Günəşdə olan əvvəlki partlayışlar keçən həftənin bazar ertəsi günü təsbit edilib və elm adamları bu partlayışların M səviyyəsində olduğunu bildirib.
Rusiya Elmlər Akademiyasının Kosmos Araşdırmaları Universitetinin professoru Aleksey Struminskiy ilk partlayış əsnasında Günəşin səthində “günəş zəlzələsi” kimi bilinən seysmik dalğaların yayıldığını söyləyib.
Mütəxəssis bu növ partlayışların səbəb olduğu maqnetik fırtınaların insan sağlamlığına hər hansı bir zərər vermədiyini, partlayışın gücünə rəğmən, planetin ətrafındakı peyklərin və kabelsiz ünsiyyət cihazlarının o qədər də təsirlənməyəcəyini vurğulayıb.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub