Azərbaycanda sosial aləmdə fenomenə çevrilən azyaşlı Banunun anası Nigar Muradova son zamanlar haqqında çıxan boşanma xəbərlərinə aydınlıq gətirdib.
BiG.AZ-a açıqlama verən Nigar Muradova boşandığını təsdiqləyib. O bildirib ki, Vüsal Muradla yollarını bir il bundan əvvəl ayırıb:
"Vüsal Muradla bir il bundan əvvəl boşanmışıq. Zamanla fikirlərimiz dünya görüşümüz fərqlənirdi. Düşüncələrimizin zidd olmağı evdə problemlər yaradırdı. Qərar verdik ki ayrılaq".
Nigar bildirib ki, eks həyat yoldaşının həyatındakı xanımı tanımır.
"Vüsalın münasibətdə olduğu xanım haqqında heç bir informasiyam yoxdur. Yaxşı və ya pis xəbərini eşitməmişəm. Murad ağıllı insandır. Yəqin ki, yenidən ailə qurmağı düşünürsə düzgün qərar verər".
Şəxsi həyatı haqqında danışmaq istəməyən N.Muradova qeyd edib ki, yenidən ailə həyatı qurmaq istəyir:
"Həyat davam edir. Mən də yenidən ailə qurmağı düşünürəm".
Qeyd edək ki, Vüsal Murad "Miss Azerbaijan 2017" Raziyyat Əliyeva ilə sevgilidir.

1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub