"Apple" korporasiyası Kaliforniyada keçirilmiş təqdimat çərçivəsində yeni "Apple Watch" qurğusunu təqdim edib.
"Apple Watch Series 3" cihazı "LTE" dəstəkli daxili mobil modula malikdir. Beləliklə, saat vasitəsilə zəng etmək və musiqi yükləmək olar.
Mynews.az Oxu.Az-a istinadən xəbər verir ki, cihazın displeyi antena rolunu oynayır. "Apple Watch" qurğusunun korpusu əvvəlki nəsillə müqayisədə dəyişməyib. Yeni nəsil saat yeni "Apple W2" prosessoru ilə təchiz edilib. Bunun sayəsində əvvəlki nəsildən 70 faiz daha məhsuldardır. Həmçinin korpusdakı "Digital Crown" düyməsi qırmızı rəngdə rənglənib.
Qurğu 22 sentyabr tarixində satışa çıxarılacaq. "LTE" versiyanın qiyməti 400 dollardan, mobil modulsuz versiyanın qiyməti isə 330 dollardan başlayacaq.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub