ABŞ-ın ən populyar bloqerlərindən və prankerlərindən olan Raul Merkado evli cütlükləri, sevgililəri "etibarlılıq, inam sınağı"na çəkir.
Gizli kamera ilə aparılan çəkilişlər zamanı arvadın ərə, ərin arvada və ya sevgililərdən birinin o birinə sədaqəti sınanır.
Mynews.az bildirir ki, sonra isə çəkilişlərin videosu YouTube-dakı "To Catch a Cheater" kanalında paylaşılır.
Raul Merkado bu dəfə çilingər işləyən şəxsin sədaqətini yoxlamaq qərarına gəlib.
O, bir qadının şirkətə sifarişi əsasında evə yollanıb.
Evdə isə gizli kameralar quraşdırılmışdı, "əxlaqsız ev sahibəsi" rolunu oynayan aktrisa da yarıçılpaq vəziyyətdə santexniki gözləyirdi.
Santexnik qapını döyüb içəri daxil olandan sonra ev sahibəsi ona xarab olmuş əl-üzyuyanı göstərir. Santexnik nasazlığın səbəbini müəyyənləşdirməyə çalışanda isə qadın onu tovlamağa başlayır.
"Gəl mənimlə yatağa... Sənə əsl eşqi göstərim. Yaraşıqlı kişisən, vuruldum sənə", - aktrisa ona söyləyir.
Fəqət, "məşuqə imtiahanı" ev sahibəsi üçün uğursuz bitir.
"Mənim arvadım var və sizin təklifinizi qəbul edə bilmərəm. Bağışlayın, buranı tərk etməliyəm", - deyən santexnik az qala qaçaraq mənzildən çıxır.
Həmin santexnikin qeyri-rəsmi nikahda yaşadığı xanımı isə baş verənləri studiyada izləyirdi.
Ərinin sədaqəti qadını riqqətə gətirib.
Milli.az
1
Əməkdar artist Züleyxa Hacıyeva vəfat edib
446 dəfə oxunub
2
Pegasus Rusiyaya uçuşları bərpa etdi
394 dəfə oxunub
3
Şimali Kiprdə gəmi qəzasından sonra nazir vəzifəsindən uzaqlaşdırılıb
372 dəfə oxunub
4
Bakıda məktəblərdə dezinfeksiya işləri aparılır
372 dəfə oxunub
5
SEPAH ABŞ-nin gəmilərini vurdu
215 dəfə oxunub