"Son illər Azərbaycanda doğulan uşaqlar arasında balans pozulmağa doğru gedir". Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru, respublikanın baş pediatrı Nəsib Quliyev apa-ya bildirib ki, təbii statistikaya əsasən hər 100 nəfər qıza 106 oğlan düşməlidir. Azərbaycanda isə real rəqəmlərin fərqli olduğunu deyən N.Quliyevin sözlərinə görə, ölkədə 100 qıza 117 oğlan düşür.
Baş pediatr qeyd edib ki, ötən ilin statistikasında oğlanlarla qızlar arasında 4% fərq müşahidə olunub: “Bu məsələdə kişilərin daha çox günahı var. Çünki onların “Mənim oğlum olsun”, “Daha çox oğlan istəyirəm” və sairə kimi fikirləri yekunda bugünkü nəticələrə gətirib çıxarır. Amma bu vəziyyət uzun müddət davam edə bilməz. Belə tendensiyanın davam etməsinin qəti şəkildə tərəfdarı deyilik. Çünki təbiətin yaratdığını pozmaq olmaz. Dəfələrlə məsələ ilə bağlı Səhiyyə Nazirliyi mütəxəssislər səviyyəsində fikirlər, rəylər bildirib. Yəqin ki, dövlət, Milli Məclis səviyyəsində müvafiq tədbirlər görüləcək. İnanırıq ki, lazımi tədbirlərdən sonra bu fərq aradan qalxacaq”.
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub