Dünya liderlərinin geyimlərindən tutmuş saç və dırnaqlarına qədər hər bir detal xırdalıqlarına qədər düşünülür. Bəs onlar saçlarına və baxımlarına nə qədər pul xərcləyir?
Publika.az xəbər verir ki, dünyanın keçmiş və indiki liderlərinin baxımlarına nə qədər pul xərclədiyi açıqlanıb.
Nikola Sarkozi - Fransanın keçmiş prezidenti

Hər ay üz baxımına 8 min avro xərcləyən Sarkozi 2007-ci ildə keçirilən seçki kampaniyasında makiyaj və saçına 34 min avro xərclədiyi məlum olub.
Castin Trudeau - Kanadanın baş naziri

Kanada prezidenti Castin Trudeau saç və makiyaja pul xərcləməyən nadir liderlərdən biridir. Trudeau saçlarını cəmi 32 dollara kəsdirir.
Barak Obama - Sabiq ABŞ prezidenti

Keçmiş ABŞ prezidenti yalnız əhəmiyyətli iclaslarda yüngül makiyaj istəyərdi. Qalan vaxtlarda makiyaj və qrim sevməzdi.
Emmanuel Makron - Fransa prezidenti

39 yaşlı Fransa prezidenti Makron fəaliyyətinin ilk 3 ayında makiyaja 26 min avro xərcləyib. Ancaq bu xərcin yaxın zamanda azalacağı qeyd olunub.
Donald Trump - ABŞ prezidenti

ABŞ Prezidenti Donald Trumpun saç stili 80-ci illərdən bəri dəyişməyib. Cansız və quru saçlara sahib olan prezident əsasən saç boyalarına pul xərcləyir. O, saçlarını evdə rənglətdirməyə üstünlük verir.
Fransua Olland - Fransanın sabiq prezidenti

Fransanın sabiq prezidenti Fransua Ollandın şampun xərcləri uzun müddət mübahisə yaratmışdı. Olland bir ayda bərbərə 10 min avro, makiyaja isə 6 min avro xərcləyib.
Bill Klinton - ABŞ-ın eks-prezidenti

Baxım məsələsində həssas olan keçmiş ABŞ prezidenti saçını 200 dollara kəsdirir.
Vladimir Putin - Rusiya prezidenti

Rus lider makiyajından çox estetik müdaxilələri ilə gündəmə gəlir. 76 yaşı olmasına baxmayaraq üzündə heç bir qırış olmayan liderin botoks, dolğu, hətta qaş qaldırma əməliyyatları etdirdiyi irəli sürülüb. Bundan başqa yaşlılıq əleyhinə olan bahalı kremlərdən istifadə edir.
Corc Buş - ABŞ-ın sabiq prezidenti

ABŞ prezidentlərinin makiyaj ustası kimi tanınan Lois Kassano Corc Buş və Toni Bleyrin fövqəladə mətbuat konfransına 7 dəqiqə qalmış hər iki liderin də makiyajını 3 dəqiqə ərzində tamamlamışdı. Saç məsələsində çox həssas olması ilə tanınan Buş çıxış etməzdən əvvəl tellərinin həcmli görünməsi üçün onları fenlədərmiş.
Devid Kameron - İngiltərənin baş naziri

İngiltərənin keçmiş dövlət rəhbəri Devid Kameronun bərbəri Raffaele Karbosiero kəsim və fenləmə prosesi üçün 90 funt sterlinq alıb.
Toni Bleyr - Böyük Britaniyanın sabiq baş naziri

1999-2005 illəri arasında İngiltərdə baş nazir postunda olan Toni Bleyrin mətbuat konfranslarında makiyaja xeyli pul xərclədiyi iddia olunur. Deyilənlərə görə hətta baş nazir baxım və kosmetik məhsullarına orta hesabla bir ingilis qadınından 2 dəfə daha çox pul xərcləyib.
1
Səkinə Sadıxova vəzifəsindən azad edildi
566 dəfə oxunub
2
9-cu sinif şagirdi vəfat etdi - FOTO
555 dəfə oxunub
3
“Qalatasaray”ın qapıçısını fitə basdılar, ağladı - VİDEO
530 dəfə oxunub
4
Pensiyaçılara ŞAD XƏBƏR – Bu tarixdə ödəniləcək
528 dəfə oxunub
5
Hüseyn Çeliki tənqid etdi: "Oxumağın bərbaddır, insan ol"
526 dəfə oxunub