Hər kəsin yardım etdiyi ailənin sərvəti üzə çıxdı FOTO

707
Hər kəsin yardım etdiyi ailənin sərvəti üzə çıxdı FOTO

Türkiyənin Bursa şəhərində özlərini kasıb kimi göstərən bir ailənin əslində çox böyük sərvətinin olduğu üzə çıxıb.

Yenicag.az xəbər verir ki, Soğukdere məhəlləsində Qurban Bayramı zamanı Remziye və Cavit Bali cütlüyünün yaşadığı taxta ev tamamilə yanaraq, külə dönüb. 17 yaşında Yücel və 8 yaşında Alper adlı övladları da olan ailə baxdıqları 10 qoyundan başqa heç bir gəlirlərinin olmadığını söyləyib. Bu üzdən də onlar küçədə yaşamağa başlayıblar. Bali ailəsinin üzləşdiyi aqibətə üzülən bir şəxs yararsız avtomobilini ev kimi istifadə etmək üçün onlara verib. Qonşuların verdiyi yorğan və döşəkləri də qəbul edən 4 nəfərlik ailə həmin avtomobildə yaşamağa başlayıblar.

Onların bu durumunu eşidən hər kəs öz köməyini əsirgəməməyə çalışıb. Hətta bu məsələ mediada da işıqlandırılıb. Məsələdən xəbər tutan Bursa valisi İzzettin Küçük ailəyə kömək edilməsi üçün təlimat verib. Lakin məhz “yuxarılar”ın apardığı araşdırmalar maraqlı faktların üstünü açıb. Məlum olub ki, bu ailənin 2015 model bir traxtoru, 3 avtomobili, 50 sot torpaq sahəsi, meyvə bağları, 60 kiçik baş heyvanı və İnegölün mərkəzində bir evi var. Məhz bu üzdən də onlara dövlət yardımının düşmədiyinə qərar verilib.

Ailə üzvləri onlara aid varidatın olduğunu təsdiqləsələr də, bunları borcla aldıqlarını bəyan ediblər.
Hər kəsin yardım etdiyi ailənin sərvəti üzə çıxdı - FOTO

Xəbər lenti