Dünya Gözəllik Konqresinin təşkilatçılığı ilə "Beauty of the World Azerbaijan" gözəllik yarışmasının seçim turu keçirilib.
Trend-in məlumatına görə, kastinqə ümumlikdə 200-ə yaxın 18-26 yaş arası xanımlar qatılıblar. Yekun olaraq münsiflərin qərarı ilə 20 qız yarışmaya qatılmaq şansı əldə ediblər.
Qeyd edek ki, yarışma 3 ay müddətində davam edəcək və qalib ölkəmizi "Beauty of the World" yarışmasında təmsil edəcək. Kastinq zamanı münsiflər heyətində WBC-nin prezidenti Zamir Hüseynov, dünyanın 10 xoreoqrafı siyahısında yer alan Yuliana Hüseynova, xalq artistləri Faiq Ağayev, Məleykə Əsədova və "Dress of the World" qalibi modelyer Aygün Talıbova yer alıblar. Layihə rəhbəri Nərmin Səfərova qeyd edib ki, bu yarışma digər yarışmalardan çox fərqlənəcək və beynəlxalq standartlara uyğun şəkildə keçiriləcək. Həmçinin bu yarışmada ilk dəfə olaraq qızlar ölkəmizin bölgələrini təmsil edəcəklər.








1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub