Metbuat.az ömründə bir dəfə də olsun evlənməyən, ömürlərini tənha başa vuran məşhurların siyahısını təqdim edir:
Ustad xanəndə Seyid Şuşinski. 76 yaşında dünyasını dəyişib. Tələbələrinin dediyinə görə, gəncliyində sevgi oxu daşa dəydiyindən ömürlük subay qalıb.
İlk qadın bəstəkar, Azərbaycanın əməkdar incəsənət xadimi Ağabacı Rzayeva. 63 yaşında Bakıda dünyasını dəyişib. Xanım bəstəkarın həmkarlarından biriylə cavabsız sevgi yaşadığı deyilir.
Azәrbaycanın ilk pianoçu-pedaqoqu, SSRİ Xalq artisti Kövkəb Səfərəliyeva. 78 yaşında vəfat edib. 23 yaşında qəfil xəstəlikdən dünyasını dəyişən Asəf Zeynallı ilə sevgili olub, sevgilisinin vaxtsız ölümündən sonra heç kimə könül verməyib.
Turan Cavid. 77 yaşında dünyasını dəyişib. Ənvər Məmmədxanlı ilə sevgili olub. Atası Hüseyn Cavidin xalq düşməni elan edilməsinə görə bu evlilik baş tutmayıb.
Yazıçı Ənvər Məmmədxanlı 77 yaşında dünyadan köçüb. Turan Cavidlə sevgili olub.
Akademik Azad Mirzəcanzadə. 80 yaşında həyatdan köçüb.
Azərbaycan Xalq rəssamı Səttar Bəhlulzadə. 64 yaşında dünyasını dəyişib. Həmkarı, məşhur rəssam Maral Rəhmanzadə ilə nakam sevgi yaşayıb.
Arif Babayev, rejissor. 54 yaşında dünyasını dəyişib. Əslən yəhudi olan ərli qadınla uzun illər sevgi yaşayıb. O qadına görə ömürlük subay qalmağa üstünlük verib.
1
Sumqayıt qatarının qarşısına qəflətən çıxan gənc öldü
480 dəfə oxunub
2
20 ballıq cərimə limiti artırılır? - VİDEO
472 dəfə oxunub
3
Uşaqlar: "Sizdən Allaha şikayət edəcəyik" - FAKT
434 dəfə oxunub
4
Ali təhsilsiz gəncləri nə gözləyir? - ARAŞDIRMA
428 dəfə oxunub
5
Uşaq və süd: İkisini də qoruyaq?... - ARAŞDIRMA
427 dəfə oxunub