Narkotik asıllılığndan əzab çəkən Hindistan sakini 7 dostuna öz xanımını zorlamağa icazə verib. Məqsəd, bunun müqabilində onlardan narkotik alınması üçün pul almaq idi. Bu haqda cümə günü, "The Times of India" məlumat yayıb.
Unikal.org xəbər verir ki, insident ölkənin şimalında Çandiqarx şəhərində baş verib. Zorlanmış 22 yaşlı qadın qanun qoruyucularına həmçinin onu da bildirib ki, onu dostlarına "kirayə" verən ərindən körpə uşağı da var. Bundan başqa, onun əri hadisəni mobil telefona çəkərək, qızı gələcəkdə şantaj etmək məqsədi güdüb.
Məlumat üçün bildirək ki, qadınlara qarşı zorakılıq Hindistanda ən aktual problemlərdən biri olaraq qalır. Ölkə hakimiyyəti yeni qanunlar tətbiq edərək, 2013-cü ildən etibarən bu cür cinayətlər üçün cəzaları xeyli amansızlaşdırıb. Amma problem həllini tapmır.
Bu ölkədə zorlamalar - hind qadınlarının rastlaşdığı problemlərdən yalnız biridir. Tədqiqatçıların hesabatlarına görə, zərif cinsin nümayəndələri ölkədə çox aşağı ictimai statusa malikdirlər. 2012-ci ilin yayında Hindistan G20-ə daxil olan dövlətlər arasında qadınların yaşaması üçün ən pis ölkə kimi tanınmışdı.
1
Səkinə Sadıxova vəzifəsindən azad edildi
566 dəfə oxunub
2
9-cu sinif şagirdi vəfat etdi - FOTO
555 dəfə oxunub
3
“Qalatasaray”ın qapıçısını fitə basdılar, ağladı - VİDEO
530 dəfə oxunub
4
Pensiyaçılara ŞAD XƏBƏR – Bu tarixdə ödəniləcək
528 dəfə oxunub
5
Hüseyn Çeliki tənqid etdi: "Oxumağın bərbaddır, insan ol"
526 dəfə oxunub