Mynews.az Ölkə.Az-a istinadən xəbər verir ki, bu dəfə alimlər xəyanət mövzusuna insanların üz quruluşunun təsirini müəyyən ediblər. Məlum olub ki, qısa və enli üzə malik insanlar sadiq olurlar.
Psixoloqlar seksual aktiv xarici görünüşü və təsadüfi insanlarla əlaqəyə meyillilik dərəcəsini ölçmək üçün iki araşdırma aparıblar. İlk tədqiqatda romantik münasibətləri olan 145 tələbə iştirak edib. Onlar təqdim edilən anketdə digər insanlarla ünsiyyətdə davranışlarını və seksual davranışlarının xüsusiyyətlərini qeyd ediblər.
Fotolara əsasən isə alimlər tədqiqatda iştirak edən insanların üzün en və uzunluğunun uyğunluq göstəricilərini araşdırıblar.
İkinci tədqiqatda isə alimlər könüllülərin xəyanət dərəcəsini qiymətləndiriblər. Bu araşdırmada 314 nəfər iştirak edib.
Məlum olub ki, üzün en və uzunluğunun nisbəti kişilərdə və qadınlarda seksual aktivliyin göstəricisi ola bilər. Kvadratşəkilli və geniş üzə malik insanlar partnyorlarına sadiq olmaya bilərlər. Üz proporsiyası və seksual davranışlar arasında əlaqə cinsi yetişkənlik zamanı testosteron hormonun səviyyəsi ilə əlaqəlidir.
1
Səkinə Sadıxova vəzifəsindən azad edildi
566 dəfə oxunub
2
9-cu sinif şagirdi vəfat etdi - FOTO
555 dəfə oxunub
3
“Qalatasaray”ın qapıçısını fitə basdılar, ağladı - VİDEO
530 dəfə oxunub
4
Pensiyaçılara ŞAD XƏBƏR – Bu tarixdə ödəniləcək
528 dəfə oxunub
5
Hüseyn Çeliki tənqid etdi: "Oxumağın bərbaddır, insan ol"
526 dəfə oxunub