1 milyon dollar verib Ronaldo ilə yatan prezident qızı haqqında - Pamflet

Mynews.az Moderator.az-a istinadən Özbəkistanın keçmiş prezidenti İslam Kərimovun qızı Gülnarə Kərimova haqqında “Fərqanə” İnformasiya Agentliyinin əməkdaşı Yadigar Norbutayevin ibrətamiz pamfletini təqdim edir…
Siz indi hardasınız, Gülnarə? Kim sizin barmaqlarınızı öpür? – Pamflet
Siz haradasınız .., axı Siz hardasınız, əvəzsiz Gülnarə Kərimova? Siz, uşaq-gənclər riyaziyyat akademiyasının keçmiş məzunu, nəticədəsə Daşkənd Universitetinin fəlsəfə-iqtisad fakultəsinin beynəlxalq iqtisadiyyat bölümünü parlaq şəkildə bitirmisiniz… Siz, Nyu-York Fashion institute of Technology (SUNİ-incəsənət,biznes,dizayn) Universitetində hər zamankı kimi elmin dərinliklərinə baş vurmusunuz… Siz, Özbəkistan Elmlər Akademiyası yanında İqtisadiyyat institutunun magistri, sonralar isə bu hörmətli təhsil ocağının professorusunuz… Siz, Harvard Universitetinin sənət üzrə magistrisiniz… Siz, siyasi elmlər doktoru, Daşkənd Universitetinin dünya iqtisadiyyatı və diplomatiyası üzrə professoru, həm də informasiya texnologiyaları telekommunikasiya sahəsində bakalavrsınız… Harda itdi-batdı Sizin bu saysız-hesabsız istedadlarınız? Hələ bu harasıdı… Özbəkistan Respublikasının BMT-də nümayəndəsi, İspaniyada “Şərq sivilizasiyası”nın səfiri, Daşkənddə siyasi tədqiqatlar mərkəzinin yaradıcısı… Karate üzrə ”qara kəmər” sahibi, özbək”qabiliyyətli gənclər”inin sevimlisi, şairə, bəstəkar, ssenarist, modelyer, zərgər..və nəhayət “sadəcə gözəl” (nakonets prosto krasavitsa) Sizin sayagəlməz yüksək rütbələrinizi, titullarınızı əgər sonadək sadalamadımsa.. , məni sidq ürəklə əfv edin… Bəs indi nə olur? Nə yazıq ki, eyni vaxtda bir neçə ölkədə “Gülnarənin milyonları” işi üzrə məhkəmə araşdırılması aparılır.
Mənimsəmə, satınalma, şantaj, saxta müqavilələr, çirkli pulların yuyulması…Sonra nə olacaq? Gec-tez bütün dondurulmuş vəsaitlər zərərçəkən dövlətlərin mülkiyyətinə keçəcək. Ququşa, indi sən hardasan, kiminlə gəzirsən? Hansı villanda gün keçirirsən? Axı, onlar çoxdu:
-Londonda iki ev
-Honkonqda penthausen ( binada sonuncu mərtəbədə ,mansardlı mənzil)
– Dubayda iki villa,iki mənzil,üç penthausen
-Paris kənarında ev, Parisdə mənzil,San-Tropedə villa
-Moskvada üç mənzil və Rublyovkada villa
-Krımda iki pansionat
-Cenevrədə vila. Bunların hamısın əlindən ala bilərlər, Ququşa. Yaxşısı budur ki, Londona – oğlun İslamçikin yanına get. Deyirlər London “heç nə qaytarmır”. Yazıq qız, indi harda gizlənsə yaxşıdır? Bəlkə İsraildəsən? O vaxtlar – yəni atası Gülnarəyə qəzəblənəndə təpiklə vurub qabırğasının birini sındırılması barədə şaiyələr yayılmışdı və Ququşa xəlvətcə bu ölkədə müalicə alırmış. Bu yaxınlarda bir dostum dedi ki, Təl-Əvivə yaxın məsafədə, Aralıq dənizi sahillərindəki bir villanın qapısından hündür boylu bir xanım çıxıb ağ-mirvari rəngli Mersedesin qapısını şəstlə açıb maşına əyləşib. Sürücü yerində isə ona irişərək baxan gombul oğlan əyləşmişdi…
Yadigar Norbutayev, “Fərqanə” informasiya agentliyi
Xatırladaq ki, bir vaxtlar Gülnarə Kərimovanın 1 milyon dollara futbolçcu Ronaldo ilə yatması xəbəri yayılmışdı.
Maraqlı
- İbrahim Tatlısəs toyunda qızına görün nə hədiyyə etdi
- Bu tərəvəzdə koronavirusa qarşı maddə tapıldı - Virusun yayılmasının qarşısını alır
- Hansı qan qrupundan olanla evlənsəniz oğlunuz və ya qızınız olar? - MÜTƏXƏSSİS RƏYİ
- Autizmin əsas əlamətləri hansılardır? - AÇIQLAMA
- Cənubi Azərbaycanlıların Vətən sevgisi - VİDEO
- Həkim məsləhəti - Karantin zamanı tez-tez cinsi əlaqədə olun
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- "Azərbaycan antiterror əməliyyatına başladı" - RESMİ 1114 dəfə oxunub
- Səlcuq Bayraktar: “Haqlı mübarizəsində can Azərbaycanın yanındayıq” - FOTO 1063 dəfə oxunub
- Kərkicahan-Xəlfəli yolunda separatçıların postu məhv edildi 1054 dəfə oxunub
- Müdafiə Nazirliyi brifinq keçirib - VİDEO 1052 dəfə oxunub
- Həlak olan polislərimizin FOTOLARI 1051 dəfə oxunub