"Domestos” şirkəti təmizlik vasitəsinin reklamı zamanı Üzeyir Hacıbəylinin "O olmasın, bu olsun" operettasının musiqisindən səsləndirilməni dayandırıb.
Bu barədə Teleqraf.com-a Şirkətdən məlumat verilib.
Məlumatda bildirilib ki, reklamda dahi bəstəkar Üzeyir Hacıbəylinin "O olmasın, bu olsun" operettasının musiqisindən istifadə edilməsə də, sözügedən reklam çarxının fəaliyyəti dayandırılıb:
“Reklamda səsləndirilən mahnının bəstəsi və sözləri isə FCB Artqrup agentlik tərəfindən tamamilə sıfırdan yaradılıb. Lakin bəzi izləyicilər bu mahnının Azərbaycanın sənət nümunələrindən olan bir mahnıyla bənzərliyindən narahat olduqlarını bildiriblər. FCB Artqrup və Domestos izləyicilərin bu həssaslığını anlayır və buna hörmət edərək reklamın bu versiyasının yayımını dayandırdığını izləyicilərin nəzərinə çatdırır. Bütün məsuliyyəti FCB Artqrup üzərinə götürür və bu musiqinin Kəmalə Piriyevayla heç bir bağlantısı olmadığını, onun sadəcə şirkətin siması olduğunu hər kəsin nəzərə almasını istəyir”.
Şirkətdən qeyd edilib ki, reklam yaxın günlər ərzində yeni musiqisiylə izləyicilərin baxışına təqdim olunacaq.
Qeyd edək ki, “Domestos” şirkəti təmizlik vasitəsinin reklamı zamanı Üzeyir Hacıbəylinin "O olmasın, bu olsun" operettasının musiqisinin səsləndirilməsi müzakirəyə səbəb olub.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub