Qucaqlaşmaq, qucaqlamaq və bir-birinə toxunmaq bir çox dərdə çarədir. Bəzən dərmanlar hər dərdə çarə olmur. Bədbəxt evlilik, sevgi iztirabı, rahat bir yuxu, hətta sağlam hamiləliyin çarəsi qucaqlaşmaqdır.
Son zamanlar insanlarda xoşbəxtlik və güvənlə bağlı tibbi araşdırmalar artıb. Yalnızlığın, fərdiliyin ön planda olduğu indiki vaxtda "niyə xoşbəxt deyilik?" və "nəyi düzgün etmirik?" kimi suallar ortaya çıxıb. Elm bu duyğuları təmin edən hormonları oksitosin adlandırır. Bu, əsasən beyində istehsal edilən bir hormondur. Doğuşda və ondan sonra yüksək miqdarda ifraz edilir. Doğuşdan sonra analıq davranışını təmin edir. Digər zamanlarda isə güvən, cütlüklər arasında bağlılıq, sevgi, sosiallaşma, qarşı tərəfi anlama və narahatlıqların sakitləşməsini təmin edir. Bu hormon çatışmayanda özünü bəyənmə, güvənsizlik, cəmiyyətdən uzaqlaşma, psixoloji narahatlıq, yalana meyl artır. Gündəlik həyatda oksitosin ifrazını artıran ən asan yol qucaqlaşmaqdır. Yorğunluq, gərginlik, gündəlik stress, tənhalıq, güvənsizlik, mübahisələr, dava-dalaş, qarşıdurmalar, bir-birinə vaxt ayırmamaq, iqtisadi problemlər kimi bir çox səbəblərdən sanki qucaqlaşmağı unutmuşuq.
Qucaqlaşan və bir-birinə toxunan zaman oksitosin hormonu ifraz olunur. Nəticədə insan özünü daha yaxşı və xoşbəxt hiss edir. Bu hormon stressə qarşı nevroloji maneə yaradır. Aparılan araşdırmalara görə, oksitosin ifraz olunan zaman özünüzə yaxın insanın yanınızda olması stressə sakit və rahat reaksiya verməyinizi təmin edir. Eyni zamanda, stressə qarşı möcüzə olan kortizol səviyyəsini də aşağı salır.
Mynews.az ailem.az-a istinadən qucaqlaşmağın 20 faydasını təqdim edir.
1. Ən asan xoşbəxtlik möhkəm qucaqlamaqdır.
2. İnsan özünü güvəndə hiss edir. Həyatın öhdəsindən daha asan gəlirik.
3. Qayğı və narahatlıqlarımız azalır. Qarşımızdakının da qayğısına qalırıq.
4. Ünsiyyətimiz daha yaxşı olur, qarşımızdakını anlamaq, ya da bir-birimizi anlamaq daha asan olur.
5. Güvən veririk. Dostumuzun, həyat yoldaşımızın, övladlarımızın özünü daha güvəndə hiss etməsini təmin edirik. Onların özgüvənlərini artırırıq.
6. Daha sosial oluruq. İnsanlar arasında özümüzü daha rahat hiss edərik.
7. Daha az gərgin oluruq. Stressin öhdəsindən daha asan gəlirik.
8. Yaxınlarımıza qarşı daha qoruyucu oluruq.
9. Daha şəfqətli oluruq.
10. Rahat yatarıq və daha yaxşı hisslərlə oyanarıq. Yeni günə daha hazır başlayarıq.
11. Özümüzü rahat hiss edərik.
12. Dostlar, həyat yoldaşımız və uşaqlarımıza bağlılığımız artar. Sədaqəti artırır.
13. Münasibətlərimizi daha səmimi və yalandan uzaq yaşamağımızı təmin edər.
14. Anaların doğuşdan sonra depressiyaya girməsinə mane olar, zahılıq dövrünü rahat keçirməsini təmin edər. Südün gəlməsini asanlaşdırar.
15. Hamiləliyin daha rahat keçməsini təmin edər.
16. Həyat yoldaşınızla yaşadığınız cinsi əlaqələr daha rahat olar.
17. Həyat yoldaşınızı daha cazibədar görərsiniz.
18. Münasibətləri dava-dalaş və mübahisələrdən qoruyar.
19. Dövrümüzün ən böyük problemlərindən biri olan depressiyaya qarşı bəlkə də ən böyük qoruyucudur. Ən asan, davamlı və sadə şəkildə gündəlik həyat streslərinin öhdəsindən gəlməyimizi təmin edər. Uzun, yorucu psixoloji müalicə edilənlər üçün dərmanlardan biridir. Sevməyinizi, bu sevgini qorumağınızı təmin edər.
20. Sevgi iztirabını yüngülləşdirər.