Mariya Maqdalina müqəddəs kitab İncildə dəfninin yeri məlum olan azsaylı personajlardan biridir.
İsa Peyğəmbərin xanımının müqəddəs qalıqları 1280-ci ildən etibarən Fransanın cənubunda yerləşən Sen-Maksimen-la-Sent-Bom şəhərinin kilsəsində saxlanılır.
1279-cu ildə, qraf II Karlın təşəbbüsü ilə yerli kilsənin yenidən qurulması zamanı eramızın I əsrinə aid olan məqbərələr də açılmışdı. Sərdabələr arasında mərmər sarkofaq diqqəti cəlb edir. Onu açarkən içərisindəki skelet qalıqlarlarının sanki haradansa gətirildiyi qənaətinə gəlindi. Alt çənə və sol pəncə sümükləri yox idi.
Eyni zamanda, sarkofaqda bir qeyd vardı: "Budur, xeyir-dua verilən, müqəddəs Mariya Maqdalinanın bədəni".Qeydi müşayiət edən mətndən aydın oldu ki, cəsədin qalıqları burada sarasinlərin basqını zamanı qorxudan gizlədilmişdi ki, yağılar müqəddəs hesab edilən qalıqları məhv etməsinlər. Buna qədər qalıqlar başqa məqbərədə yerləşirdi, harada ki, Mariya ölümündən dərhal sonra dəfn edilmişdi.
İsa çarmıxa çəkiləndən sonra Mariya Maqdalina öz qardaşı Lazar və bacısı Marfa ilə birlikdə, Roma hakimiyyətinin təqiblərindən xilas olmaq üçün kiçik gəmidə Araılq dənizini keçir və müasir Marsel yaxınlığında sığınacaq tapır.
Bəzi iddialara görə, Mariyanın yanında İsadan olan uşağı da var idi - yeri gəlmişkən, bu süjet xəttindən Amerika yazıçısı Den Braun xeyli hay-küy salmış "Kod da Vinçi" romanında da istifadə edir.
Fransada Mariya, əvvəlcə İsanın təlimini davam etdirir, sonra səhraya çəkilərək, 30 il tərki-dünya həyat tərzi yaşayır və günahlarının bağışlanması üçün dua edir.
Hazırda mərmər sarkofaqdan götürülmüş, Mariyanın iddia edilən kəllə sümüyü kilsədə, qızıldan və gülləkeçirməyən şüşədən hazırlanmış xüsusi relikvariumda qorunur.
Axırıncı dəfə alimlər Mariya Maqdalinaya məxsus olduğu güman edilən qalıqları uzaq 1974-cü ildə öyrənirdilər. O vaxtdan texnologiyalar xeyli irəli addımlayıb. Versal universitetinin antropologiya professoru Filipp Şarlye və onun köməkçisi kompüter qrafikası üzrə mütəxəssis Filipp Froşun dövlət dəstəyi ilə baş keşişləri razı salaraq, ziyarətgahdakı əsas predmeti – Mariya Maqdalinanın qalıqlarını öyrənməyə başladılar. Onlar müxtəlif bucaqlardan kəllənin 500-dən çox şəkilini çəkdilər, sonra bu şəkillər əsasında üçölçülü kompyuter modelini tərtib etdilər.
Almacıq sümüklərinin (alt çıxıntıların) formasını, üz sümüklərinin strukturunu təhlil edən alimlər belə nəticəyə gəldilər ki, kəllə həqiqətən təxminən 50-55 yaşlarında olan qadına aiddir. Mütəxəssislər bir sıra əlamətlərinə görə onu, avropoid irqinin Aralıq dənizi tipinin nümayəndəsi ilə əlaqələndiriblər. Həqiqətən də bu insanlar uzunsov sifətləri ilə fərqlənir, badamşəkilli gözləri, uzun dar burunlu, qarabuğdayı dərili və astenik bədən quruluşuna malik idilər. Maraqlıdır ki, Mariyanın doğulduğu Maqdal adlanan ərazi Aralıq dənizinə yaxın, indiki İsrail ərazisidir.
Sifətin yumşaq dərilərinin bərpası ABŞ-ın Federal Təhqiqatlar Bürosunun istifadə etdiyi metodikaya uyğun olaraq aparıldı.
Müdhiş uğura imza atan professor Şarlye gələcəkdə qadının bütün bədənini tamamilə bərpa etməyi planlaşdırır, axı sarkofaqda qabırğalar, omba və çanaq sümükləri də var.
“Əgər keşişlər bizə digər qalıqlarla işləməyə icazə verəcəklərsə, biz həmçinin radiokarbon analizindən istifadə etməklə qadının daha dəqiq hansı əsrdə yaşadığını müəyyən etmək istəyərdik”, - ambisiyalı alim arzusunu dilə gətirib.
“Bundan başqa, DNT testləri etmək niyyətindəyik ki, bu da qadının mənşəyindən danışacaq və biz hazırda yaşayan müasirlərin arasında onun qohumlarını tapmağa çalışacağıq. Kim bilir, bəlkə İsa Məsihin nəvə-nəticələri elə bizim universitetdə işləyir?”, - deyə professor Şarlye zarafatından da qalmayıb.
publika.az