"Ölkə.Az" xəbər verir ki, Haşimito maliyyə direktoru işləsə də, zibilliklərlə dolanır.
Kate 8 ildir ki, geyimə pul xərcləmir. O, tualet kağızından istifadə etmir və bunu ziyan kimi qəbul edir.
Gündüz saatlarında maliyyə müdiri işləyən Haşimito axşamlar zibilliklərdə eşələnir. Qadın Nyu-York şəhərində yaşayır.
Haşimito deyir: "Pul xərcləməməyə çalışıram. Bir şey istəsəm, köhnə əşyaların satıldığı bazara gedirəm. Əgər tualetdə kağız salfet istifadə etsəm, onu atmıram. Bir neçə dəfə istifadə edirəm. Heç vaxt mebelə pul verməmişəm, zibillikdən yığıram. Mebelə görə 2 min dollar qənaət etdim. Ayda sadəcə 200 dollar xərcləyirəm. Evim var. Ayda sadəcə əmlak vergisi və kommunal xərcləri ödəyirəm".
Zibillikdən tapdığı yoqa döşəklərindən yataq kimi istifadə edən qadın qabyuyan maşın elektrik və su işlətdiyi üçün ondan şkaf kimi istifadə edir. Haşimito qazdan da istifadə etmir.
Sonuncu dəfə 8 il əvvəl özünə paltar alan Haşimito deyib: "Alt paltarımı sonuncu dəfə 1998-ci ildə almışam. Çiməndə paltarlarımı da yuyuram. Pulsuz aksiyalarda paylanan sabun və şampunlardan istifadə edirəm".
Haşimito bununla yanaşı iki ildir ki, zibillikdən topladığı qidaları qəbul edir və yeməyə pul xərcləmir.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub