40 yaşlı italyan fitnes təlimatçısı Laura Mesi unikal toy edib. Toyda bəy yoxdu. Daha doğrusu, Laura Mesi özünə ərə gedib.
Mynews.az Milli.Az-a istinadən bildirir ki, İtaliyanın Lombardiya vilayətindəki Lisson şəhərindəki toy mərasiminə L. Mesi 11400 avro sərf edib. 70 qonağın dəvət olunduğu toyda nikah mərasimi olmayıb, çünki İtaliya qanunvericiliyinə görə, hər hansı şəxsin özü ilə ailə qurması mümkün deyil.
Toydan sonra Misirə "bal ayı"na yollanmış Laura Mesinin sözlərinə görə, sevgilisi Malkolm Praydın evlənmə təklifini tam 12 il gözləyib.
"20 il sevgili olduq, onun mənə nə zaman evlənəmə təklifi edəcəyini səbirsizliklə gözlədim, amma olmadı. Cənab Raytın bu təklifi etməyəcəyini anlayanda onunla bütün münasibətləri kəsdim", - Laura Mesi deyib.
Lauranın sözlərinə görə, Raytla 12 il davam edən münasibətlərini iki il əvvəl kəsib: "Özümə söz verdim ki, 40 yaşıma qədər ərə getməsəm, özüm özümlə ailə quracağam. Ailə səadətini yaşayacağım insanı gözlədim, lakin gözləntim nəticəsiz oldu. Mən də özümə ərə getməyə qərar verdim".
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub