İngiltərədə aparılan araşdırmaya görə, öpüşmək sadəcə romantika, istəklə bağlı deyilmiş.
Mynews.az lent.az-a istinadən xəbər verir ki, İngiltərədəki Leeds Universitetində aparılan araşdırmanın nəticəsində öpüşməyin insan sağlamlığı üçün daha bir faydası ortaya çıxıb.
İngilis araşdırmaçılara görə, öpüşmək xüsusilə hamiləlikdə təhlükəli olan bir bakteriyanın kişidən qadına keçməsinə səbəb olur. Tüpürcək içində gizlənən bu bakteriya - stomoqlabinavirus normal dönəmdə ciddi bir problemə səbəb olmur. Ancaq qadınlarda hamiləlik dönəmində təhlükə yaradır. Doğulmamış uşaqların ölümünə, ya da uşaqda karlıq kimi qalıcı problemlərə səbəb olur.
Mikrobun yayılmasına səbəb olan öpüşmə bir yandan da bakteriyalara qarşı immunitet qazandırır. Uzun müddət eyni insanla öpüşdükdə stomoqlabinavirusun yaratdığı təsirlərə qarşı immunitet yaranır.
Qısa bir öpüş sırasında qadına çox kiçik miqdarda bakteriya keçir. Ancaq öpüşmə uzandıqca qadın orqanizmi bu mikroba qarşı immunitet qazanır.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub