3 yaşlı bu qız 20 metr hündürlüyündə divara, sadəcə, 4 dəqiqəyə dırmaşır.
Balaca Bella kanatdan, kəndirdən istifadə etmədən divarları "fəth etməyi" sevir.
Milli.Az Daily Mail-ə istinadən bildirir ki, Avstraliyanın Adlelaida şəhərində yaşayan Bellanın valideynlərinin ikisi də alpinist və qayayadırmaşanlardır.
Bellanın anası Endi Torrealba Meribanın dediyinə görə, qızı yeriməyə başlamazdan əvvəl divarlara dırmaşmağı öyrənib.
Bellanın atası Cankarlo isə alpinizm fanatıdır.
"Bellaya hamilə olanda da qayalara dırmaşırdım. Cankarlo övladımızın qayaları, dağları fəth edə biləcək insan olmasını istəyirdi. Deyəsən, belə də olacaq. Alpinizm eşqi qızımın qanında, DNT-dədir", - Endi söyləyib.
Endi Adealida şəhərindəki "Bouldering Club"da alpinizm və qayaya dırmaşma üzrə təlimatçıdır.
Cankarlonun sözlərinə görə, Bella 3 aylıq olanda divardakı çıxıntılardan tutub sallaşa bilirdi: "Onun altı ayı olanda isə bir əli ilə çıxıntıdan tutub sallaşır, sonra yuxarı qalxırdı".
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub