ABŞ-da 2048-ci ildən gəldiyini iddia edən bir nəfər həbs edilib.
Sərxoş şəxs əslində 2018-ci ilə getmək istədiyini, səhvən 2017-ci ilə düşdüyünü bildirib.
Hadisə Birləşmiş Ştatların Vayominq ştatında baş verib. Gələcəkdən gəldiyini iddia edən Brayant Conson həbs edilib. 2048-ci ildən gəldiyini iddia edən Conson yadplanetlilərin dünyanı işğal etdiyini iddia edərək bələdiyyə sədri ilə görüşmək istəyib.
Əraziyə cəlb edilən polis əməkdaşları Consonu sakitləşdirmək istəyiblər. Conson isə polislərə yadplanetlilər tərəfindən sərxoş edildiyini və gələcəkdən göndərildiyini bildirib.
Sərxoş Consonun iddiasına görə 2018-ci ildən yadplanetlilər dünyanı işğal etməyə başlayacaqlar. (ölkə.az)
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub