Vikinq məzarlarından "Allah" və "Əli" yazıları çıxdı ŞOK FAKTLAR - FOTOLAR

805
Vikinq məzarlarından "Allah" və "Əli" yazıları çıxdı ŞOK FAKTLAR - FOTOLAR

İsveçdə IX əsrə aid vikinq məzarlarından üzərində "Allah" və "Əli" yazılan geyim və parça tapılıb.

Mynews.az ölkə.az-a istinadən xəbər verir ki, yeni kəşflə bağlı Uppsala universitetinin Qədim dövr tarixi və arxeologiya bölümünün tədqiqatçılarından Annika Larsson danışıb. Alim bildirib ki, vikinqlər İslam dini və ölümdən sonra cənnətə əbədi yaşam inancından təsirlənmiş ola bilərlər.

Arxeoloji qazıntılar Birka şəhərində aparılıb. Larsson deyir: "Maraqlı və diqqət çəkən kəşfdir. Vikinqlər cənnətdə əbədi həyat inancından təsirləniblər".

Sözlərin ərəb hərfləri ilə düz və geometrik olaraq yazıldığını, kufi xəttindən istifadə edildiyi bildirilir: "Vikinqlər meyitləri paltar və zinət əşyaları ilə dəfn edirdilər. Qəbirlərdə üzərinə gümüş saplarla Allah və Əli ifadələri işlənmiş ipək geyimlər və parçalar tapdıq. Bu geyimlər əsasən meyitin baş tərəfinə qoyulub. Bu ifadələrə bəzi yastıqlarda da rast gəldik".

Vikinqlər ilə İslam dünyası arasında mədəniyyət paylaşımına diqqət çəkən Larsson deyib: "Rusiyanın Volqa çayı boyunca Skandinaviya ilə Orta Asiya arasında mədəni inteqrasiya gedib. Məzarlardan çıxan bu parçalar ya ticarət yolu ilə satın alınıb, ya da yağmalanma nəticəsində ələ keçirilib. Burada qəribə olan mədəniyyət mübadiləsinin gözə çarpmasıdır. Bəzi mənbələrə görə müsəlman ərəblər ticarət və başqa məqsədlər üçün Qərbə səyahət edirdilər".

Larsson bildirib ki, vikinqlərin ölümdən sonra həyat düşüncəsinə inandıqlarını sübut edən bir çox dəlil aşkar edilib: "Vikinq tanrısı Odinin Asyadan İsveçin Malardalen bölgəsinə köçən bir savaşçı olduğu barədə əfsanə var. Vikinqlər ölümdən sonra da həyatın davam etdiyinə və cənnətdə əbədi yaşamın olduğuna inanırdılar. Bu inanc birbaşa İslam dinindən təsirlənmişdi".

Məzarlarda tapılan paltar və parçalar artıq Enköpinq muzeyində nümayiş etdirilir. Sərgi 2018-ci ilin 3 fevral tarixinə qədər davam edəcək.Qeyd edək ki, iki il əvvəl Björkö adasında aparılan arxeoloji qazıntılar zamanı IX əsrə aid vikinq üzüyü tapılmışdı. Üzüyün üstündə isə ərəb əlifbası ilə Allah sözü yazılmışdı.

Vikinq məzarlarından "Allah" və "Əli" yazıları çıxdı - ŞOK FAKTLAR - FOTO
Vikinq məzarlarından "Allah" və "Əli" yazıları çıxdı - ŞOK FAKTLAR - FOTO
Vikinq məzarlarından "Allah" və "Əli" yazıları çıxdı - ŞOK FAKTLAR - FOTO
Vikinq məzarlarından "Allah" və "Əli" yazıları çıxdı - ŞOK FAKTLAR - FOTO
Vikinq məzarlarından "Allah" və "Əli" yazıları çıxdı - ŞOK FAKTLAR - FOTO

 

Xəbər lenti