Dünyanın ən lüks həbsxanalarından biri Holdendir.
2010-cu ildə tikilən bu həbsxana Norveçdə yerləşir. Norveçin ikinci böyük türməsi olan Holden 252 nəfərin cəza çəkməsi üçün nəzərdə tutulub. Buradakı məhbusların əksəriyyəti qətl, təcavüz kimi ciddi cinayətlər törədib. Bu həbsxananın əsas məqsədi buradakı cinayətkarları normal həyata qaytarmaqdır.
Məhbusların qaldığı hər kamerada yataq, kiçik soyuducu, kitab rəfi, televizor, stol-stul və hətta ayrıca vanna otağı var. Türmədə ümumi mətbəx və nahar üçün zallar, musiqi studiyası, bağça, idman zalı, kitabxana, kompüter zalı fəaliyyət göstərir. Onların burada təhsil alması üçün də hər cür şərait yaradılıb.
Məhbusların gündəlik maaşı 9 dollardır. Holdendəki mühafizəçilər bir qayda olaraq silah və qandal gəzdirmir və onların yarısı qadındır. (Qaynarinfo)
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub